ZATULİN VARDANYAN ÜÇÜN “AĞLAŞMA QURUB”... - “Onun gedişindən sonra ermənilər ayaqları ilə səs verəcəklər...”

“Şəxsən Vardanyana irad bildirmək istəmirəm. Ancaq o, yəqin ki, bu vəzifəni qəbul etməzdən öncə bütün problemləri ölçüb-biçməli idi”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini, ermənipərəst deputat Konstantin Zatulin Rusiya mətbuatına Ruben Vardanyanın “vəzifə”sindən kənarlaşdırılmasını şərh edərkən bildirib.

Zatulin deyib ki, Vardanyanın kənara atılması Azərbaycanın təzyiqlərinin nəticəsidir və ən əsası odur ki, Ermənistan hakimiyyəti onu müdafiə etmək istəməyib. Ermənipərəst və şovinist baxışları hamıya yaxşı məlum olan Duma üzvü kirli milyarder Vardanyanın “vurulmasına” məyus olduğunu gizlətməyib.

Qeyd edib ki, guya Qarabağ ermənilərində Vardanyanın gəlişi ilə “gələcəyə ümid yaranımışdı”. İndi isə, yəni, Vardanyan rədd edildikdən sonra ermənilərin Qarabağdan qaçışı daha da sürətlənəcək: “O, (ermənilərdə) ümidi alovlandırmışdı və onun istefası əlbəttə ki, buna pis təsir edəcək. Çoxlarını ona sürükləyəcək ki, onlar “ayaqları ilə səs versinlər”, yəni, əcdadlarının torpaqlarını atıb, dağlıq Qarabağdan getsinlər. Bu, erməni xalqının tarixində ilk faciəli nəticə deyil...”

Əslində, Rusiyanın indiki biabırçı vəziyyətində öz əcdadlarının və torpaqlarının qeydinə qalmalı olan Zatulinin Vardanyana “yas qurmasının” səbəbləri yaxşı məlumdur və bunun üzərində xüsusi durmağa ehtiyac yoxdur. Lakin onun bu mövqeyi, özü də şəxsən Ermənistanda rəsmən “persona non qrata” elan olunmasına, alçaldılmasına baxmayaraq, yenə də ermənilərə “canıyananlıq” göstərməsi bir daha rus imperiyaçılıq düşüncəsinin, şovinizminin daşıyıcılarının ləyaqət, şərəf anlayışlarından nə dərəcədə məhrum olduqlarını və onların Azərbaycan üçün nə qədər təhlükəlili olduqlarını növbəti dəfə ortaya qoyur.

C.Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

Mubariz 2023-02-26 11:54:44

Paşik onu müdafiyə etməli idi ? Gerizəkalı Paşik səni kimi qanmaz deyil ,o bilmirdi ki Vardanyanı onun yerinə yerinə sizlər hazırlayırdız , özünə quyu qazmalı idi ?

Son yazılar