KORONAVİRUS DÜNYA MÜHARİBƏSİNƏ HAZIRLIQ ÜÇÜN HAZIRLANIB - Kəşfiyyat sənədi ortaya çıxdı

ABŞ-ın Energetika Departamentinin ilk dəfə 2019-cu ilin son günlərində Çinin Uhan şəhərində görülən və oradan bütün dünyaya yayılan “Covid-19” virusunun mənşəyi ilə bağlı apardığı araşdrımanın nəticəsi ortaya çıxıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşrində yayımlanan “Energetika Departamenti “Covid-19” pandemiyasının laboratoriya sızmasından qaynaqlandığını deyir” başlıqlı məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, sözügedən kəşfiyyat məlumatı bu yaxınlarda Ağ Evə və Konqresin əsas üzvlərinə də təqdim edilib. Həmin sənədə görə, Nazirlik, FTB-nin oxşar hesabatı ilə eyni nəticəyə gəlib və virusun çox güman ki, Vuhandakı bir laboratoriyadan qaynaqlandığını bildirib.

“CNN İnternational”-a danışan ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan, sözügedən xəbəri təkzib etməyib.

ABŞ mətbuatında yer alan sənədə görə, çinli alimlər son 6 ildə bioloji və genetik silahlar, o cümlədən koronavirusla bağlı araşdırmalar aparırlar.

Eyni sənədlərə görə, 2015-ci ildən bəri “SARS” koronaviruslarının hərbi potensialını qiymətləndirən Pekin administrasiyası bu layihəni mümkün “Üçüncü Dünya Müharibəsi” ssenarisinə hazır saxlayırlar.

Sözügedən sənədlərdə bu layihə müharibə şəraitində “qələbənin əsas silahı” adlanır və bu barədə ətraflı araşdırmalar təqdim edilir. Sənədlərdə gözlənilənlərin əksinə olaraq Üçüncü Dünya Müharibəsinin kimyəvi və nüvə silahları ilə deyil, bioloji silahlarla aparılacağı tezisi mövcuddur.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar