"Çiyin-çiyinə" kampaniyasında bir gecədə 845,7 milyon ianə toplanıldı - ADLAR

Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə bağlı yardım kampaniyaları davam edir.

"AzPolitika.info" xəbər verir ki, ötən gün Gənclər və İdman Nazirliyi, Türkiyə Futbol Fedarasiyası (TFF), Klublar Birliyi Fondu və "beIN" Media-nın birgə təşkilatçılığı ilə "Çiyin-çiyinə" kampaniyası keçrilib.

Kampaniyaya türk futbolunun qabaqcıl simaları ilə yanaşı, dünyaca məşhur futbolçular da dəstək verib.

Baş verən zəlzələlərdə zərər çəkən vətəndaşlar üçün futbol ailəsinin televizya və radiolarda birgə təşkil etdiyi kampaniyanın ilk günündə 845,7 milyon TL-dən artıq ianə toplanıb.


Yardım kampaniyasında işitrak edən adların bir qismini təqdim edirik:

- Çağlayan Çətin 50 milyon TL;

- Napolidə forma geyinən Elif Elmas və komanda yoldaşları 2 milyon TL;

- Eyüpspor futbolçuları 1 Milyon TL;

- Adana Demirspor Prezidenti Murat Sancak 10 milyon TL;

- Bodrumspor futbolçuları 1 Milyon TL;

- Nevzat Kaya 3 milyon TL;

- Cantürk Alagöz 5 milyon TL;

- Yüksel Yıldırım 5 milyon TL;

- Başakşehir klubunun Prezidenti Göksel Gümüşdağ 2 milyon TL;

- Passolig baş direktoru Atıl Aykar 5 milyon TL;

- "1907 Fənərbaxça Dərnəyi" başçısı Rıfat Perahya 10 milyon TL.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar