İRƏVAN RUSİYA İLƏ BAĞLI BU TƏLƏBƏ QARŞI ÇIXDI - “Demokratik” hakimiyyətin növbəti ikiüzlüyü...

Ermənistan, Hindistan və Meksika İkinci demokratiya sammitinin yekun bəyanatındakı Ukrayna ilə bağlı bəndin əleyhinə çıxıblar.

“AzPolitika.info” xəbər verir ki, bununla bağlı ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departamentin yayımladığı sənəddə göstərilir ki, bu ölkələr Rusiya qoşunlarının dərhal Ukraynadan çıxarılmasını nəzərdə tutan bəndi dəstəkləməyiblər. Həmin bənddə isə deyilir: “Rusiya Federasiyası dərhal və qeyd-şərtsiz bütün silahlı qüvvələrini Ukrayna ərazisindən çıxarmalı və hərbi əməliyyatları dayandırmalıdır”.

Ermənistan bu maddəyə qarşı çıxıb və utanmadan bunu Ermənistanın da adının ”təcavüzə məruz qalan ölkə” kimi sənədə salınmaması ilə əsaslandırıb. Yəni, guya Azərbaycan Ermənistana təcavüz edib, sənədi hazırlayanlar isə bunu nəzərə almayıblar. 

Hansı ki, bu ağ yalanın bəhanə kimi gətirilməsi əslində, “demokratik” Ermənistanın faktiki olaraq Ukraynanın ərazi bütövlüyünü tanımaması və Rusiya işğalını dəstəkləməsidir. Bu da gözlənilən idi – işğalçı işğalçının yanında olmalıdır...

“AzPolitika.info”  

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar