Rusiya ordusu Ukraynanın yaz əks-hücumlarına hazırlaşdığı bir vaxtda Zaporojye vilayətində 72 kilometr uzunluğunda böyük səngər qazıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, ötən il Zaporojyenin böyük bir hissəsini işğal edən Putin, bu strateji bölgəni itirməkdən çox qorxur.

Sözügüdən səngərin cəbhə xəttindən təxminən 80 kiolmetr arxada qazıldığı bildirilir. Nəşr iddia edir ki, təkcə bu, rus qüvvələrinin nə qədər geri çəkilə biləcəyi ilə bağlı narahatlığından xəbər verir.

Həmçinin bildirilir ki, səngərdə sığınacaqlar və tank əleyhinə anbarlar, eləcə də müxtəlif istehkam vasitələri yerləşdirilib.

Britaniya nəşri qeyd edir ki, səngərin qazılmasına ötən ilin sentyabrında başlanılıb və bunun üçün Qırğızıstandan gətirilən muzdlu işçilərdən istifadə olunub.

“AzPolitika.info”