Küveytin “Kuwait News” xəbər kanalı, süni intellektlə çalışan Fedha adlı virtual xəbər aparıcısını ictimaiyyətə təqdim edib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, paylaşılan videoda ərəbcə danışan Fedha, “Mən Küveytin “Kuwait News” kanalının süni intellektlə işləyən ilk aparıcısı Fedhayam. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi eşidək” deyib.
“Kuwait News” açıqlamasında süni intellekt serveri Fedhanın sınaq mərhələsində olduğunu və internetdə gündəlik xəbərləri oxuyacağını bildirib.
Fedhanın həmçinin media orqanının “Twitter”səhifəsində gündəlik xəbər bülletenləri təqdim edəcəyi və zamanla Küveyt ləhcəsi ilə danışacağı vurğulanıb.
“AzPolitika.info”

Şərhlər