BAYDEN SUNAKI TƏHQİR ETDİ - Britaniyanın Baş nazirini kənara itələdi + VİDEO

Ötən gün Şimali İrlandiyaya rəsmi səfərə yollanan ABŞ Prezidenti Co Bayden növbəti dəfə öz hərəkətləri ilə hər kəsi təəccübləndirməyi bacarıb.

“AzPolitika.info xəbər verir ki, Bayden bu dəfə rəsmi səfər sırasında onu qarşılayan Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşməyib. Baş naziri kənara itələyən Bayden, Kral III Çarlzın nümayəndəsini salamlayıb.

Həmin anlar sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Britaniya nəşrləri sözügedən hadisəni “diplomatik təhqir” adlandırıblar.

Bəzi  iddialara görə, Bayden Britaniyanın Baş nazirini tanıya bilməyib.

“AzPolitika.info”  

635x100

Şərhlər

Oxucu. 2023-04-13 13:55:22

Hər kəs öz evində kişi olmalıdır özgə evdə onu heç zaman kişi görmək istəməzlər,bu dünəndə,bu gündə sabahda belə olacaq.

dadaşyev 2023-04-13 12:03:13

Əlbət elə bilib ki,Sunak Bollivood artistidi,Çakraburti Mitxundun,Qajendra Babunun-zadın oğludu,ona görə saya almayıb.

Son yazılar