“GEDƏK DÜNYANI YALAYAQ...” – Bayden yenə özünü gülünc vəziyyətə saldı + VİDEO

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Co Bayden ötən gün Şimali İrlandiya və İrlandiya Respublikasına səfər edib. İrlandiya parlamentində çıxış edən Bayden işlətdiyi ifadələrə görə növbəti dəfə müzakirə obyektinə çevrilib.

“AzPolitika.info” xəbər verir ki, Baydenin çıxışının bir hissəsində dediyi anlaşılmaz fikirlər İrlandiya parlamentində böyük təəccüblə qarşılanıb: “Uşaqlıqda kəkələmə xəstəliyim var idi. Bir gün anam mənə dedi ki, “Co kim olduğunu unutma. Sən Baydensən”. Bayden də nədir? Nə dediyimi başa düşürsünüz? Mən o vaxtlar belə düşünürdüm, hər nəysə”.

Daha sonra irlandiyalı əcdadları haqqında danışan Bayden çıxışını bu sözlərlə yekunlaşdırıb: “Millətlərimiz bir araya gələndə əldə edə bilməyəcəyimiz bir şey yoxdur. Bunu səmimi deyirəm. Hamınıza təşəkkür edirəm. Tanrı sizi qorusun. Gedək dünyanı yalayaq. Gəlin bunu edək!”.

ABŞ Prezidentinin bununla nə demək istədiyi isə aydın olmayıb.

Qeyd edək ki, Baydenin parlamentdə işlətdiyi ifadələrə Ağ Evin rəsmi saytında da yer verilib.

Öz hərəkətləri və çıxışları ilə sosial şəbəkələrdə tez-tez məsxərəyə çevrilən 80 yaşlı Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar