“Hər şey Ukrayna əks-hücumunun nəticələrindən asılı olacaq”
Bu günlərdə Fransa Prezidenti Emmanuel Makronun Rusiya-Ukrayna müharibəsində sülhə nail olunması üçün yeni təşəbbüslə çıxış etdiyi məlum olub. Bu təşəbbüsün əvvəlki cəhdlərdən fərqi və üstünlüyü prosesə Çinin də cəlb olunması ilə bağlıdır.
Məlum olduğu kimi, artıq Çin yüksək səviyyədə Makronun planını dəstəklədiyini elan edib. Rəsmi Pekin sülh danışıqları istiqamətində Avropanın səylərini dəstəklədiyini öz XİN sözçüsü vasitəsilə rəsmən təsdiqləyib.
Qeyd edək ki, dünən Makron Rusiya ilə Ukraynanı artıq bu yay danışıqlar masasına oturtmağa çalışacağını və Çin hökumətinə də bu məsələdə dəstək göstərməsi üçün müraciət edəcəyini bildirmişdi.

“AzPolitika.info” xəbər verir ki, “Bloomberg” agentliyi Makronun planı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib. Öz diplomatik mənbələrinə istinad edən agentlik yazıb ki, artıq Makron özünün xarici siyasət üzrə köməkçisinə Çinli həmkarları ilə birgə, danışıqların ilkin çərçivələrini müəyyən etməyi və razılaşdırmağı tapşırıb.
Xəbərdə qeyd olunur ki, Fransanın sülh təşəbbüsü və bu planın detalları onun müttəfiqlərinə bəllidir və bu məsələlər əsas etibarilə onlarla razılaşdırılır. Lakin bununla yanaşı, Fransa rəsmi orqanları həmin planın detalları ilə bağlı açıqalma vermirlər.
Məlim olan yalnız odur ki, artıq yay aylarında sülh prosesinə star verilməsi gözlənilir. Ancaq Fransa Prezidentinin müharibənin əvvəlində sərgilədiyi mövqe və bəyanatlar onu düşünməyə əsas verir ki, bu planda Ukraynanın hansısa formada öz ərazilərini Rusiyaya güzəştə getməsini nəzərdə tutan məqamlar var...
Bununla yanaşı, xəbərdə qeyd olunur ki, bu məsələdə çox şey Ukraynanın gözlənilən əks-hücumunun nəticələrindən asılı olacaq.
Kremldə isə Makronun sülh planından xəbərsiz olduqlarını bildiriblər və qeyd ediblər ki, Rusiya yalnız onun maraqlarını nəzərə alan sülh prosesində iştirak etməyə hazırdır.
C. Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bu makaron, başlayıb vermişellik etməyə, sabah da deyəcək Azərbaycan da ermənistana güzəştə getsin...Fransada millət qalxıb bunun istefasını tələb edir, "rədd ol get" şüarlarının sayı-hesabı yox, bu da durub vasitəçilik edir. Ukrayna ərazicə Avropanın ən böyük dövlətidir və bədbəxtçiliyi Rusiyaynan qonşu olmasındadır, necə ki, biz erməniynən qonşuyuq. Təsəvvür eləyin ki, hərbiyə, işğaldan azad torpağların bərpasına və ən əsası Millətimizin genofondu olan əhalimizin müəyyən qisminin şəhid, şikəst olmasına, çəkilən, ayrılan vəsait əhalinin güzəranına, infrastruktur layihələrə və ümumiyyətlə əhalinin rifahına xərclənsəydi çox xoşbəxt, bəxtəvər yaşayardıq.