Putinin dublyorları bir-birilərindən fərqlənirlər - "Orijinal" Putin hansıdır? (FOTO)

Əsl Vladimir Putini son vaxtlar çox az adam görür və onun dublyorları xarakterik xüsusiyyətləri ilə bir-birilərindən fərqlənirlər.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Bild" nəşri Putinin dublyorlardan istifadə etməsi ilə bağlı yayımladğı məqalədə bildirir.

Putinin dublyorlardan istifadə etdiyini iddia edən Almaniya nəşri onların bir sıra fərqli xüsusiyyətlərinin olduğunu yazıb. "Bild" hesab edir ki, Putinin dublyorlarının çənəsi, dodaqları, burun və göz qapaqları fərqlilik təşkil edir.

"Yayımlanan fotolara əsasən, Putinin çənəsi bəzən çıxıntılı, bəzən əyri, dodaqları bəzən nazik, bəzən iri, burnu bəzən qabarıq, bəzən düz, göz qapaqları isə iri, bəzən isə bəlli olmur. Onun qulaqları da müxtəlifdir. Bəzən dib hissəsində qıvrımlar olur, bəzən isə olmur. Həmçinin, gözlər və qulaqlar arasındakı məsafə fərqlidir. Putinin dublyorlarının xarici görünüşünü təhlil edəndə sifət, yeriş və hətta boyda dəyişikliklər nəzərə çarpır",- deyə məlumatda bildirilir.

Nəşr qeyd edir ki, “orijinal” Putin mütləq Si Cinpinlə görüşdə görünüb. Dublyoru isə Moskva Dövlət Universitetində tələbələrlə görüşüb, Başqırdıstanın keçmiş rəhbərinin dəfn mərasimində, işğal olunmuş Mariupolda və Xerson vilayətində olub.

Qeyd edək ki, son vaxtlar Putinin dublyorları ilə bağlı müxtəlif fikirlər səsləndirilir və bəzi rəsmilər tərəfindən də təsdiqlənir. Məsələn, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov daha öncə Vladimir Putin ən azı üç dublyordan istifadə etdiyini bildirmişdi. O, iddia etmişdi ki, dublyorlar Kreml rəhbərinə daha çox bənzəmək üçün plastik əməliyyat keçiriblər.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar