Menu

TÜRKİYƏDƏ SEÇKİNİN QALİBİ KİM OLACAQ? - Ən çox etibar edilən sorğu şirkəti nəticələri açıqladı

22.04.2023, 19:30
TÜRKİYƏDƏ SEÇKİNİN QALİBİ KİM OLACAQ? - Ən çox etibar edilən sorğu şirkəti nəticələri açıqladı

Bir çox tanınmış araşdırma şirkətləri Türkiyədə seçkilərlə bağlı keçirdikləri  rəy sorğularının nəticələrini açıqlayır.  Bunların arasında müstəqil mövqeyi ilə tanınan və bütün seçkilərdən öncə yayımladığı anketləri doğru çıxan  “Areda Survey” araşdırma şirkətinin keçirdiyi rəy sorğusu xüsusi ilə diqqətlə izlənilir. 

"AzPolitika.info" xəbər verir ki, sözügedən şirkət 15-20 aprel tarixində 17,400 nəfər arasında keçirdiyi son sorğunun nəticələrini açıqlayıb.  Sorğunun nəticələrinə görə, “Cümhur İttifaqı”nın namizədi olan prezident Rəcəb Tayyib Ərdoğan ciddi fərqlə öndədir. 

Sorğunun nəticələrinə əsasən məlum olub ki, vətəndaşlar Ərdoğan seçkinin ilk turunda qalib gələcəyinə əmindir. Ancaq seçki ikinci tura  qalarsa belə, yenə Ərdoğan qalib gələcək.

“Bu bazar günü prezident seçkiləri keçirilərsə, kimə səs verərsiniz” sualına verilən cavab: Ərdoğan - 51,4 faiz, Kılıçdaroğlu 41,8 faiz; Məhərrən İncə 4,6; Sinan Oğan 2,2.


“Seçkilər ikinci tura qalarsa, kimə səs verərsiniz” sualına verilən cavab belə olub: Ərdoğan 53,5 faiz, Kılıçdaroğlu 46,5 faiz;

“Bu bazar günü parlament seçkiləri keçirilərsə, hansı partiyaya səs verərsiniz” sualına verilən cavab belə olub: AKP 41,1 faiz, CHP 25,4 faiz, Yaşıl Sol partiyası 10,1 faiz, MHP 8,8 faiz, İyi Partiya 6,9 faiz, Məmləkət partiyası 3,3 faiz;

Maraqlıdır ki, CHP-yə yaxınlığı ilə seçilən “Metropoll” araşdırma şirkətinin keçirdiyi sorğuda da Ərdoğan və AKP öndə olub.

Şərhlər

Vahid 2023-04-23 07:27:09

Ərdoğandan başqası gələrsə, Türkiyə və Azərbaycan üçün ağır illər başlayar. Allah Ərdoğana yar olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol