“Bu yaxınlarda hörmətli həmkarımız xoşagəlməz müsahibə ilə çıxış etdi, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpdi”.
APA xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Fəzail Ağamalı deputat həmkarı Vahid Əhmədov barəsində bildirib.
Fəzail Ağamalı qeyd edib ki, onu narahat edən əsas məsələ millət vəkilinin Azərbaycan dövlətçiliyinə qərəzli münasibətidir: “O, ölkə prezidentinin sosial siyasətinə kölgə salır. Belə çıxır ki, uzun illər həyata keçirilən sosial siyasət heç bir nəticə verməyib. Onun bu müsahibəsi Milli Məclisin nüfuzuna da xələl gətirir, onun legitimliyi sual altına alınır. Azərbaycanda yalnız 3 nəfərin Milli Məclisə seçkilərdə ədalətli səs qazandığını söyləyir, digər parlament üzvlərinin səs qazanmasını şübhə altına alır. Buna görə də mən bütün suallara cavab verilməsi üçün İntizam Komissiyasının sədr müavini kimi xahiş edirəm ki, məsələnin İntizam Komissiyasında müzakirə olunması üçün müvafiq tapşırıqlar verilməsinə imkan yaradasınız”.
Deputatlar Kamran Bayramov, İlham Məmmədov və Elşən Musayev də V.Əhmədovun dediklərinə etirazlarını bildirdilər. E.Musayev də F.Ağamalının təklifini müdafiə edərək, spikerdən məsələni İntizam komissiyasının müzakirəsinə çıxarılması üçün göstəriş verməklə bağlı xahişini səsləndirdi.
Deputat Vahid Əhmədov isə qeyd edib ki, hər zaman dövlətin yanında olub, dövlətçilik mövqeyini müdafiə edib, yenə də müdafiə edir: “Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi, həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafi etmişəm, yenə də müdafiə edirəm”.
Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirib: "İstər Milli Məclis, istərsə də mətbuatdakı çıxışların da hansı mövqedə olduğu bəllidir. Bu çıxışların haradan idarə olunduğunu dəqiq bilirəm. Kim bu göstərişi verib, onu da bilirəm. Vaxtı gələndə bunun hamısı açılacaq. Fəzail Ağamalı təklif etdi ki, İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Orada da bütün suallara cavab verməyə hazıram. Milləti və dövlətinin yanında olan insanam”,
Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burda deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm”-deyib, reaksiya verdi.

Deputat, İntizam Komissiyasının sədri Eldar İbrahimov Milli Məclisin iclasında həmkarı Vahid Əhmədovun müsahibəsində bir sıra araşdırmalı məsələlərin olduğunu söyləyib.
“Məsləhət olsa, biz İntizam Komissiyasında məsələni müzakirə edərik”- deyə, E.İbrahimov sədrə müraciət etdi.
Spiker isə cavabında bildirib ki, İntizam Komissiyası bu məsələ ilə məşğul olsun.
"AzPolitika.info"

Şərhlər
Mence prezident bu parlamenti buraxmalı ve azad seçki keçrilmesine gösteriş vermelidir.Onda her kes öz yerinde olacaqdır.
Bir də yaxşı olardı, bu məsələyə münasibət cəmiyyətdən gələrdi. Hakimiyyətdə olub, uzun illər bir yerdə oturub, yeyib, içib, faydalanıb, amma Ölkə Başçısının etimadını bu və ya digər şəkildə doğrultmayan məmurların bir birlərinin üzərlərinə düşməsi dövlətin imicinə və bütünlüyüne zərər verir. Olaki de Azərbaycanın düşmənləri tərəfindən basqıya məruz qaldığı bir dönəmdə.
Gör nə günlərə qaldın, Balaş? - Hörmətli Fəzail İbrahimli lap iqtidar nümayəndəsi kimi danışdı. - Bunun müxalifliyi harda qaldı? Belə Məclisdə hər kəsi rahat-rahat şərləmək olar...
Vahid Əhmədov əsil xalqın vəkilidir
Su ne qeder şəffaf və təmiz olsa da o da bir yerdə çox qalanda iylənir. 20-25 ildir məclisdə otuzdurulan bu adamlar sonda özləri-özlərinin üzlərinə dururlar. Amma bir şeyi unudurlar ki, vicdan məhbəsdə çox qala bilməz (nə yazıq ki o da hər kəs də olmaz) , nə zamansa dillənməlidir. Ona görə də dəfələrlə Ölkə Başçısının elektron poçtuna yazməşıq ki, bu yarımçıq doğulmuş və əksəriyyəti də Əli Əhmədovun "əsarlərindən" ibarət olan bu məslis buraxılmalıdır.
Vahid müəllim, haqqı danışan diliniz var olsun!
Vahid müəllimə dəstək verirəm. Digərlərindən fərqli olaraq, o xalqına daha yaxındır.
VAHİD MÜƏLLİMİN CIXIŞINA DİQQƏTLƏ QULAQ ASDİM.ORADA DÖVLƏTCİLİYİMİZ ƏLEYHİNƏ NƏSƏ DEYİLMƏYİB.CIĞİR-BAĞIR SALANLARI BAŞA DÜŞMƏK CƏTİNDİR.VAHİD MÜƏLLİM QEYRİ ADİ NƏSƏ DEMƏYİB.DEPUTATLARA SECİLDİYİ DAİRƏDƏ İNSANLARLA TƏMASDA OLMAĞI TÖVSİYYƏ EDİRƏM.
Vahid m. xalqını,dövlətini sevən bir insandır. Xalqdan səs aldığına heç kimin şübhəsi yoxdur. Camaat Vahid m də sizləri də yaxşı tanıyır.
Ziyallimiz Fəzail İbrahimli idi o da belə...Onun Patiya rəhbəri Sabir Rustəmxanlinin rəyi də maraqli olardi...O susursa ona da əhsən...
Ziyallimiz Fəzail İbrahimli idi o da belə...Onun Patiya rəhbəri Sabir Rustəmxanlinin rəyi də maraqli olardi...O susursa ona da əhsən...
“Bağışlayın,o boyda Məclisdə özfəaliyyətiviz elə bunnan ibarətdi?” “Yox canım,konsertimiz davam edir,indi Fəzail adaşları öz məharətlərini göstərəcəklər.Yeri dəə,yeriii,əəəəh!” “Balam heeeey! Bu nə səsdi bu gün sizdə,Gülbadam?” “Deputat danışıb bu gün bizdə,Gülbadam.” “Yaltaqlanıb əlbət o da,Gülbadam.” “Yox canım,deyib korrupsiya var,Gülbadam.” “Korrupsiya var?!Azərbaycanda?!Doğrudan deyib?” “Canınçün deyib” “Gəlin də oynayaq,çalaq həm oxuyaq,gəlin də intizam komissiyasına deyək,gəlin də cəzasını verək” Ləhlülülü-ləhlülülü.Çıqqıdıçıqı-laqqadaçıqı.Balam heeeeey!”
Üzümü çox hörmətli Sabir Rüstəmxanlıya tutub deyirəm:-Sabir bəy, uzun illər müavininiz olmuş şəxs hörmətli və izzətli deptatımıza deyir ki, statusunuz var, vəzifəniz var, daha nə istəyirsiniz? Ona zəng edib deyin ki,status və vəzifə istəmək cılızların arzusudur. Vahid Əhmədov rmənən rahat ola bilmir. Çünki özü kimi millətini də varlı, imkanlı görmək istəyir. Vahid müəllim mərd kişidir, həqiqəti qapaz kimi nadanın üzünjə çıran kişidir. Vahid müəllim bəy xislətli adamdır, danıçanda dilindən bəy sözü çıxır. Vahid müəllim iqtidarların deyil, miillətinin deputatıdır. Vahid Əhmədov iqtidarı da sevir. Ancaq ona dil uzadanlardan fərqli olaraq millətini də sevir. Onun güzaranı üçün düşünür. İşsizlərin, evsizlərin, yoxsulların,qazilərn də dərdini çəkir.. Gözümüzü2n ağı-qarası bircə dənə deputatımız var, o da Vahid Əhmədovdur.
Görəsən Vahid Əhmədovu linç etməyə çalışanlar xalqın bu səslərini oxuyub utanırlarmı? İnanmıram.
Övladlarınıza ingilis dilini öyrədin. Bunsuz sizin nəslin müasir inkişafı olmayacaq. İmkan daxilində təhsil almağa xaricə göndərin. Məleykə illərlə cinayət işində adı keçən məmurdur. Bu sağsağanlar da eyni sərçə xorudur. Fikir verməyin. Hürən köpəklərin övlad nəvəsi ayı 10000 lik məktəb bağçada oxuyur. Hər şey bəllidir.
1 insan haqqı dedi 100 ...........
Hər kəsin haqq tərəzisi casar . Uça ALLAHIN TƏRƏZISI ÇAŞMAZ ALLAH SIZI QORUSUN VAHID MÜƏLLIM
Vahid m xalqi ucun canindan belr kecmeye hazir olan deputatdir.Kimler ki pisleyirdi demek biznesle mesguldurlar.Adama deyerler ne oldu bugune qeder normal idiz sabah olduz a normal .Rusvet goturenler hamsi Vahid m qarsi idi ...
Bir haqq 100 nahaqdan ğüçlüdür. Odur "eyibinə kor olmayan"ların qiymətini çəmiyyət bilir.
Vahid müəllim dövlətini və xalqını qəlbən sevən dəyərli bir Deputatdır ! Fəzaillər isə..................?
Ürək ağrıdıcıdır,demək ki,həqiqəti deyirsənsə,xalqın halına yanırsansa sən deputat ola bilməzsən.Belə çıxır ki,bizim parlament hələ də sovet dövrünün əhvali-ruhiyyəsiylə yaşayır.Hərə bir yandan düşüb Vahid Əhmədovun üstünə.Özü də belələri bilirlər ki,işdi dövran dəyişsə ölkədə şəffaf seçkilər keçirilsə onlar heç Milli Məclisin həndəvərinə belə düşə bilməzlər.Ancaq inanıram ki,yüz dəfə şəffaf seçki keçirilsə yüzündə də Vahid Əhmədov qalib çıxar.Bax budur həqiqət,budur Vahid müəllimin üzərinə gedənlərin canına düşən qorxu.Mən hələ vitse spikeri demirəm,deyir ki,mandatıvı qoy get.Görən desin bu adamlar Milli Məclisi də özəlləşdiriblər.Maraqlıdır bəs Vahid müəllimə səs verənlərə nə deyək,onlara nə cavab verək.Deyək ki,sizin deputatın həqiqətini kimlərsə həzm edə bilmədi? Ad çəkməyəcəm Təbrizdə olarkən güneyli liderlərdən biri vaxtilə Elçibəyin də hörmət etdiyi tanınmış alim Məhəmməd Zöhtabiyə qarşı çox sərt mövqe sərgilədi.Onun bu mövqeyini bəyənmədim,etirazımı bildirdim və bu aqressiyanın səbəbini soruşdum.Bu lider nə cavab versə yaxşıdır,Məhəmməd Zöhtabi Bakıda olarkən mənim haqqımda deyib ki,onunla ehtiyatlı olun,o hökümətin adamıdır,milli qüvvələrin içərisinə məqsədyönlü şəkildə salınıb.Bu ifadə məni lap əsəbiləşdirdi,soruşdum ki,Zöhtabinin sənin haqqında dedikləri həqiqətdir? Adam duruxdu cavab verdi ki,yoox,yox.Dedim onda niyə narahat olursan.İndi isə yenə gələk parlamentə,necə deyərlər sən sözü elə-belə at ortalığa sahibi onu götürəcək.Məncə əgər azacıq həqiqəti güdsək Vahid müəllim ittiham edilən yox,ittihamçı rolda olmalıdır.Bu qədər bəsit...
davamı;Əslində,Vahid müəllimin sosial siyasət barədə dediklərində haqlı olduğunu sübuta yetirmək üçün heç uzun-uzadı polemikaya ehtiyac da yoxdur.Çünki əgər hər hansı ölkədə əhalinin gəlirləri 15 faiz artıb deyilirsə,inflyasiya isə iyirmi faizdirsə bu o deməkdir ki,əhalinin gəlirləri 5 faiz azalıb.Çünki iyirmidən on beş çıxanda beş qalar hətta birinci sinif uşaqlarının da riyazi aləmincə.Hətta 300-400 manat maaşa qulluq edən əhalinin 7000 manat maaş alan deputatlarının bəziləri aclığın nə demək olduğunu bilmirsə yenə də iyirmidən on beş çıxanda beş qalar dünyanın hər yerində.
Bəsdirin də camaati qoyun yerine qoyduz.Duz deyir də Shahogku shah..Erməni 135 manat iki il erzinde ishlemeyen analara ushaqa qulluq muavinəti verir.Bizdə Ancaq isləyənlər 44manat verilir
A balam,bu nə hay-küydü öz deputat həmkarınıza qarşı?Deputat ona görə deputatdır ki,nəyi düz hesab edirsə desin düzdür,nəyi səhv hesab edirsə desin ki səhvdir.Bu hər deputatın cəmiyyətdəki hadisələrə subyektiv baxışıdır.Fikirlər çoxluğu olmalıdır deyə deputatlar yüzlərlə olur hər ölkənin Məclisində.İngiltərə parlamentində deputatlar sağdan-sokdan döşədikcə döşəyirlər hökümətin qol-qabırğasına,onların hər biri haqqında bu cür hay-küy qaldırıb haqqlarında intizam komissiyası tələb edirlərmi?Sanki 1937-ci ildir,Cavid əleyhinə,Müşviq əleyhinə kampaniyaya start verilib,Cavidin-Müşviqin istedadına həsəd edənlər kollektiv şəkildə onlara qarşı qalxıblar.A balam,keçdik də ö dövrləri.Gördük də kimləri,necə oğulları əlimizdən aldı o kampaniyalar.Hələ də o düşüncədəsinizmi yəni?Avropaya inteqrasiya etmirsinizmi?Niyə deputat fikrinə bu qədər dözümsüzsünüz?Əgər onun dediklərinin doğru olmadığına əminsinizsə çıxın siz də faktlarla danışın,arqumentlər qoyun ortalığa.Deyin ki yalan deyir,sosial siyasət əladır,bank faizləri aşağı salınıb,uşaq pulu verilir,bələdiyyələr heç olmasa müqəddəs bayramda əhaliyə yüzcə manat hədiyyə verdilər,inflyasiya birrəqəmli həddə düşdü,ipoteka şərtləriylə adicə fəhlə də Bakının lap kənarında da olsa birotaqlı da olsa ev ala bilər,bir milyon yarımdan çox işsizə hər ay filan qədər müavinət verilir,benzin və qaz müəyyən limitədək əhaliyə müftə verilir Türkmənistandakı kimi,pensiya yaşı 60 yaşa endirilib sovetdəki kimi,maaş və pensiyalarımız 5000 dollardı İsveçdəki və sair Avropa ölkələrindəki kimi,yaxşı vəzifələrə qəbul bölgələrə və qohumluq əlaqələrinə görə deyil savada və qabiliyyətə görədir və sair və ilaxır.Deyin dəə, deyin ki,millət bilsin ki,Vahid Əhmədov haqsızdır,siz haqlısınız.Demək əvəzinə hay-küy qaldırırsınız.A balam,mobil telefon,internet əsridir ee,hər kəs kimin kim olduğunu və nəyin nə olduğunu anındaca bilir,günlük və ya həftəlik qəzetləri oxumaq üçün gözləməyə ehtiyac yoxdur.Şəxsən mənim Vahid Əhmədova hörmətim böyükdür,çünki həmişə düzünü deyir.Sükanı belə saxla,Vahid müəllim.Heç vecinə də alma.
Bir boluk bishbogaziz heyverelik adetinmiz.Agilsiz kopəklər ulduza hurər.
Görün kimlər Vahid Əhmədov haqqında söz deyir....
Vahid müəllim , Allah köməyin olsun ! 100 yaşa !
Vahid Ehmedovu secicilerinin deputatidi Fezaìl vs onun kimileri teyin olunmuwlardi
Vahid Əhmədov bizim--canını vətən yolunda əsirgəməyənlərin deputatıdır.....
Soğan yeməmisiniz niyə içiniz göynəyir?Nə tez necə siyahiyə yazıldığınızı unutdunuz?..... Mİllət işsizlikdən,yoxsulluqdan əziyyət içərisindədir.Mİllətə 200-300 manat maaş,pensiya verib özünüzə 9000-1000 maaş yazıanda heç utanmadınız?.....Biri oğru söz deyən kimi ona hücuma hazırsınız.Ayıb!
Milli Məclidə bir normal deputat Vahid Əhmədovdur ... xalqın onları seçmədiyini bilənlər etiraz edir düz söz acı olur
Milli meclis deputatları sovet dövrünün deputatlarına çıx oxşayırlar,yüxarudan tapşırıq gelmeden herekete keçmirler.Sonra da növbeye durub kimi deseler yıx etmeye hazırdırlar.Vahid Ehmedov parlamentin en layiqli millet vekilidir, ona qarşı haqsuzluq edirler mence.
Bütün deputatları tərəzinin bir gözünə.Vahid müəllimi də o biri gözünə qoyalar,2-3 deputat istisna olmaqla Vahid müəllimin olduğu tərəzi gözü ağır gələr.
Kaş bütün deputatlar Vahid müəllim kimi halal seçiləydilər.
Vahid Əhmədov doğru -dürüst və ağıllı adamdır!