NASA YENİ PLANET KƏŞF EDİB – Yerdən iki dəfə böyükdür

Ölçüsü Yerdən iki dəfə böyük olan yeni planet kəşf edilib.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın Milli Aerokosmik Agentliyindən (NASA) verilən məlumata görə, TOI-733 adı verilən planet TESS teleskopu tərəfindən yerdən 245 işıq ili uzaqlıqda aşkar edilib.

Bildirilir ki, sözügedən planet 1990-cı illərdə ilk kəşfdən sonra məlum olan 5 mindən çox ekzoplanetdən yalnız biridir.

Qeyd olunub ki, planet günəşdən bir qədər kiçik bir ulduzun ətrafında cəmi 4 gün ərzində dövrə vurur. Aparılan sıxlıq ölçmələri göstərir ki, o, ya bir vaxtlar sahib olduğu atmosferi itirib, ya da tamamilə su ilə örtülmüş planetdir.

Digər nəzəriyyələr TOI-733b-nin hidrogen və heliumunu itirdiyini və bunun əvəzinə su buxarı ilə dolu atmosferi saxladığını və ya daha ağır elementlərdən ibarət ikinci dərəcəli atmosferi bərpa etdiyini göstərir.

“Astronomy & Astrophysics” tərəfindən aparılan araşdırmada bildirilib ki , “Aşkarlanan ekzoplanet elmdəki böyük tapmacaları həll etmək üçün kiçik, lakin vacib bir element olmaq potensialına sahibdir”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar