Dünyada ən çox tələbat olan 10 peşə açıqlandı - Proqramlaşdırmayla bağlı peşələr ön plandadır

ABŞ-da yerləşən karyera və məşğulluq firmasının məlumatlarını təhlil edən ekspertlər internetdəki məlumatları birləşdirərək dünya üzrə ən çox tələbat olan 10 peşənin siyahısını hazırlayıblar.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, hazırda dünyada ən çox axtarılan peşə proqramlaşdırma üzrə təminatın keyfiyyətinə nəzarət edən analitiklərdir. Bu peşəyə təlabatın 2021- 2022-ci illər ərzində 155 faiz artdığı bildirilir. Bu peşə üzrə illik ortalama əməkhaqqı 64892 dollarıdır.

İkinci ən çox tələbat olan peşə müştərilərə günəş enerjisi ilə işləyən avadanlıqlar barədə məlumat verən məsləhətçilər olub.

Üçüncü ən çox tələb olunan peşə müştəri xidmətləri ilə bağlı olub.

Araşdırmaya görə, son illər ixtisaslaşmış tibb bacısına təlabat 60 faiz artaraq,ən çox ehtiyac duyulan dördüncü peşə olub. Təcrübəli tibb bacısının orta illlik əməkhaqqı təxminən 46050 dollardır.

Beşinci sırada kommersiya əməliyyatları üzrə mütəxəssislər qərarlaşıb. Bu peşəyə təlabatın 49 faiz artdığı deyilir. Kommersiya əməliyyatları üzrə mütəxəssisin maaşı illik ortalama 67782 dollardır.

Dünyada tələbatın böyük olduğu altıncı və yeddinci peşələr isə müvafiq olaraq rəqəmsal marketinq mütəxəssisi və məlumat analitiki olub.

Siyahıda ən çox tələbat olan səkkizinci iş istehsal mühitində proqram təminatının etibarlılığına nəzarət edən mühəndislər olub. Bu peşə qrupunun maaşları təxminən 146783 dollardan başlayır.

Siyahıda illik təxminən 106064 dollar qazanan informasiya təhlükəsziliyi anlitikləri doqquzuncu, proqramçılar isə onuncu sırada yer alıblar.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar