KOSMİK TURİZM ERASI BAŞLAYIR - Səfərin tarixi və bilet qiymətləri məlum olub

Bundan 62 il öncə -1961-ci ildə rus kosmonavt Yuri Qaqarin Yerin hüdudularından kənara çıxmağı bacaran ilk insan oldu. Bununla da bəşəriyyətin kosmosla ilk tanışlığı yarandı. Bu gün isə artıq bəzi milyarderlər müasir texnologiyanın imkanlarından istifadə edərək, insanların kosmosa səyahətlərini təşkil etməyə hazırlaşırlar.

“AzPolitika.info” xəbər verir ki, kosmik turizm sahəsində Elon Maskın “SpaceX”, Ceff Bezosun “Blue Orıgın”, Richard Bransonun “Virgin Galactic”, həmçinin “Zephalto”, “Space Perspective”, “Giken” şirkətləri ön plana çıxır.

Hazırda kosmosa ekskursiya təklif edən şirkətləri, onların bilet qiymətlərini və digər təkliflərini təqdim edirik:

“Virgin Galactic” Bir nəfər üçün biletin qiyməti 450 min dollar təşkil edir. Kosmik gəmi ABŞ-ın Nyu-Meksiko ştatından havaya qalxacaq. 17 pəncərəli gəmi təxminən 90 dəqiqə kosmosda səyahət edəcək.

80 kilometr hündürlükdə baş tutan bu səyahətin hər dəqiqəsi sərnişinlərə təxminən 8500 manata başa gələcək. 6 sərnişin tutumlu “VSS Unity” kosmik təyyarəsinin bu yaydan etibarən turizm fəaliyyətinə başlayacağı deyilir.

“Blue Orıgın” Bir nəfər üçün biletin qiyməti 200-300 min dollar təşkil edir. Kosmik gəmi ABŞ-ın Texas ştatından havaya qalxacaq. 6 pəncərəli gəmi 10 dəqiqə 20 saniyə kosmosda səyahət edəcək. 100 kilometr hündürlükdə baş tutacaq uçuşun hər dəqiqəsi 34-51 min manat təşkil edəcək. 6 sərnişin tutumlu “New Shepard” raketinin 2024-cü ildən xidmətə başlayacağı bildirilir.

“SpaceX” - Biletin qiyməti 55 milyon dollardır. Uçuş Floridadakı Kennedi Kosmik Mərkəzində baş tutacaq. 10 gün kosmosda səyahət edəcək gəmi 400 kilometr hündürlükdə, Yeri müxtəlif bucaqlardan görmək imkanı verəcək. Bu gəmidə səyahətin hər dəqiqəsi sərnişinlərə 6455 manata başa gələcək.

“Zephalto” - Biletin qiyməti 120 min avrodur. 6 saat səyahət imkanı təqdim edən kosmik gəmi 25 kilometr hündürlükdə fəaliyyət göstərəcək. Bu gəmidə keçirilən hər dəqiqə üçün sərnişinlər 610 manat ödəməli olacaq. 6 nəfərlik gəminin 2025-ci ildə ilk uçuşunu gerçəkləşidirəcəyi deyilir.

“Space Perspective” - Biletin qiyməti 125 min dollardır. Kosmik gəmi ABŞ-ın Florida ştatından havaya qalxacaq. Kosmosda 6 saat ekskursiya edəcək gəmi 20 kilometr hündürlükdə uçacaq. 8 sərnişin tutumlu kosmik gəminin 2024-cü ildə ilk uçuşunu edəcəyi deyilir.

“Giken” - Biletin qiyməti 180 min dollardır. Uçuş Yaponiyanın Hokkaydo şəhərində baş tutacaq. 4 saat səyahət imkanı təqdim edən “Giken” şirkətinin kosmik gəmisi isə 25 kilometr hündürlükdə uçacaq. Səyahətin hər dəqiqəsi sərnişinlərə 1155 manata başa gələcək. İlk uçuş bu ilin sonuna planlaşdırılıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar