Menu

Türkiyənin “Cobra 2”-ləri Ukraynada - VİDEO

11.05.2023, 14:19
Türkiyənin “Cobra 2”-ləri Ukraynada - VİDEO

Türkiyənin “Otokar” şirkətinin istehsalı olan “Cobra 2” zirehi döyüş maşını Ukrayna ordusu tərəfindən aktiv əməliyyatlarda istifadə edilməyə başlanılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrin Ukrayna seqmentində video paylaşılıb.

Xatırladaq ki, müharibədən əvvəl imzalanan müdafiə müqavilələri çərçivəsində Türkiyə aprelin 14-də Ukraynaya naməlum sayda “Cobra 2” zirehli döyüş maşını təhvil verib.

“Cobra 1”-lərin müasir versiyası olan “Cobra 2”-lər 11 nəfərə qədər şəxsi heyətin hədəf nöqtəsinə təhlükəsiz şəkildə köçürülməsini təmin edir.

“AzPoliitka.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol