"Ken Uilber çağımızın nəhəng intellektuallarından biridir. Onun yazdığı “Tramp və posthəqiqət” kitabı bestsellerdir. Həmin kitabdan: “Tramp seçkiqabağı kampaniya aparanda bir neçə qəzet onun xüsusi olaraq dedikləri yalanları sayırmış. Dünən o, 15 yalan danışdı, bu gün isə yalanların sayı 17-dir. (Politifact.com) Tramp tərəfdarları belə qənaətə gəliblər ki, onun dediklərinin 50%-nin faktiki həqiqətlə heç bir əlaqəsi yoxdur.” Uilber Tramp dövrünü posthəqiqət dövrü adlandırıb..."
“AzPolitika.info” xəbər verir ki, bu fikirləti millət vəkili, Təhsil Nazirliyi yanında İctimai şuranın üzvü Etibar Əliyev öz “facebook.” səhifəsindən paylaşdığı yazıda qeyd edib.

Millət vəkili daha sonra yazıb: " Siyasi proseslərdə identiklik həmişə mümkün olub. Kılıcdaroğlunun söylədiyi yalanlar Trampın söylədiklərindən bəlkə də 10 dəfə çoxdur. Türk cəmiyyəti bütün bunları nəzərə alıb, Əsrin ən Möhtəşəm seçkisində öz seçimini edəcək. Türkiyə posthəqiqət dövrünü yox, həqiqət dövrünü yaşayır.
Nyu-York Universitetinin türk alimi Selcuq Şirinin “Ya edalet ya sefalet” kitabından bir maraqlı fikri qeyd edirəm: “Türkiyə indiyə qədər baş vermiş 3 sənaye inqilablarını yalnız çox-çox arxadan təqib edib, ən azından hazırkı 4-cü sənaye inqilabına öndən başlamaq şansını qaçırmamalıdır.”
Rəcəb Tayyib Ərdoğan Türkiyəni 4-cü sənaye inqilabının önündə aparan şəxsiyyətdir. Çağımızın tələbi budur. Bunu siyirməyən dövlətlər var. Ərdoğan dediyini yerinə yetirən comərd kişidir. Kılıcdaroğlu isə bu kafa ilə ölkəni yalnız geriyə aparmaq istəyir. Bu missiyanı onun boynuna qoyanlar da var. Qardaş Türk Xalqı Nəhəng və Rasional Xalqdır və sabah dəqiq seçimini edəcək.
Sabah gecədən Rəcəb Tayyib Ərdoğanı təbrik etmək ümidi ilə..."

Şərhlər
Etibar bəyə təşəkkür edirik, minnətdarıq! Mən də qardaşlarla həmfikirəm. Həm cənab prezident İlham Əliyevin, həm də Ərdoğanın adlarını əbədiləşdirməliyik.
Cənablar, dayanmadan hörmətli R.T.Ərdoğan sevgisi nümayiş etdirirsiniz, haqqınızdır, düşüncənizdə sərbəstsiniz. Amma Türkiyə Prezidentinin Azərbaycan üçün etdiklərindən sonra niyə hələ də onun adına Azərbaycanda heç bir əbədiləşdirmək işi aparılmayıb? Cənab millətvəkili qələbəmizi 1ci il dönümündə siz də daxil bütün vəkillərə təklif vermişdim, niyə hamınız ağzınıza su alıb oturmusunuz?!! Söz yox, icraat lazımdır cənablar, icraat. Hər iki Prezidentin adını Əbədiləşdirmək lazımdır, bu bizim borcumuzdur, bu millətə elədiklərini əvəzini onlara heç olmasa belə verməliyik!!!!!
Vetendaşla hemrey ve hemfikirem
Etibar beye cox tesekkur edirem, boyuk turk xalqina sabahki seckide muasir Turkiyemizin memari cox hormetli R.T.Erdogana saygi ve sevgi gostermesini rica edirem, biz sizinleyik Turkiyem.