PAŞİNYAN YENƏ İKİÜZLÜLÜK EDİR - “Sizə ziyan vurmaq istəmirik, amma...”

Baş naziri Nikol Paşinyan Ermənistanın guya Qərbin Rusiyaya qarşı sanksiyalarını pozmadığını iddia edib.

“AzPolitika.info” xəbər verir ki, Çexiyanın “Respekt” nəşrinə müsahibə verən Paşinyan sanksiyaların Ermənistan üçün guya “qırmızı cizgi” olduğunu söyləyib.

Baş nazir deyib ki, erməni iş adamları Rusiya ilə sıx əlaqələrin tərəfdarıdır, amma Ermənistan Qərb sanksiyalarını pozmaqla özünü zərbə altında qoya bilməz: “O yerdə ki, imkan var, biz sevinclə Rusiyanın tələblərinə cavab veririk. Sanksiyalar bizim qırmızı cizgimizdir və biz Rusiyaya dəqiq deyirik: biz sizə ziyan vurmaq istəmirik, amma biz özümüzün sanksiya altına düşməyimizə də imkan verə bilmərik. Burada heç bir sirr yoxdur...”

Ermənistanın Ukraynada müharibə başlayandan bəri Rusiyaya hər cür yardım göstərdiyi heç kimə sirr deyil, xüsusilə də Qərbə. Rusiyanın hərbi sənayesinin sanksiyalardan yayınmasında, onun müxtəlif elektron avadanlıqlarla təmin edilməsində Ermənistanın oynadığı rol dəfələrlə Qərb mətbuatında yer alıb. Hətta mayın 8-də “Bloomberg” agentliyi Avropa İttifaqının Rusiyanın sanksiyalardan yayınmasına kömək edən ölkələrin özlərinə qarşı sanksiya tətbiq edəcəyinə dair məlumat yayıb.

Həmin ölkələrin sırasında İranla yanaşı, Ermənistan da var. Paşinyan isə növbəti dəfə guya hamını aldada bildiyini düşünərək və ikiüzlülük edərək, Rusiyaya sanksiya məsələsində yardım etmədiyini iddia edir. Hansı ki, bu məsələnin Ermənistan başçısının Putinlə son Moskva görüşündə də müzakirə edildiyi və Paşinyanın bununla bağlı hansısa öhdəliklər götürdüyü şübhə doğurmur...

Paşinyanın “Rusiyaya kömək etmirik” iddiasının yalan olduğunu Rusiya Sənaye və Ticarət naziri Denis Manturovun son açıqlaması da sübut edir. Manturov açıq mətnlə deyib ki, “Ermənistan üzərindən paralel import mexanizmi 2024-cü ildə də davam edəcək”.

Ermənistan başçısı sözügedən müsahibəsində Azərbaycan və Türkiyə ilə münasibətlər məsələsinə də toxunub. Bu mövzuda da ikiüzlülük edən Paşinyan guya hər iki qonşusu ilə normal münasibətlər qurmağa və tezliklə sülhə nail olmağa çalışdığını bildirib. Ancaq nədənsə, Moskvadan, Putinlə görüşdən qayıdan kimi Azərbaycanla sərhəddə hərbi təxribat törətdiyini və bütün addımlarının danışıqlar prosesini və sülh müqaviləsinin imzalanmasını yubatmağa yönəltdiyini deməyib.

Əvəzində deyib ki, guya erməni cəmiyyətini Azərbaycan və Ermənistanla normal qonşuluq şəraitində yaşamağa yönəltmək istəyir: “Ermənistanın xarici siyasətinin əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulması olmalıdır. Biz bəzi qonşularımızla normal münasibətlərdə olmamağı öyrənmişik. Ancaq bu vəziyyətin dəyişməsi bizim ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bu, asan görünür, lakin onun reallaşdırılması onlarla problemlə bağlıdır. Bir çox psixoloji və praktiki problemlər var. Belə mesajları həzm etmək erməni cəmiyyəti üçün asan deyil”.

Paşinyan əlavə edib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətləri demək olar yoxdur, ancaq bunu dəyişmək lazımdır.

Göründüyü kimi, Paşinyanın yenə də dedikləri ilə etdikləri arasında ziddiyyət və uyğunsuzluq var - istər Rusiyaya sanksiyalardan yayınmaq üçün yardım göstərilməsi, istərsə də Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulması məsələsində.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

azərbaycanlı 2023-05-29 19:03:17

ermənistanın mussolinisi--ermənilər oxuyun

Azərbaycanlı 2023-05-16 23:53:58

bizim üçün son 200 ilin ən yaxşı ermənisidir ki erməni hiyləgırliyini-çox sifətliyini-əclaflığını--sözünü tutmamaqlığını bütün dünyaya aydın şəkildə açıb göstərdi--müsəlmanların c.c Allahı erməni sifətiin üzərindən bütün pərdələri qaldırmaq qərarını artıq vermişdir

Eli 2023-05-16 12:58:19

Hadiselerin gedişi hemişe gösterib ki , Ermenistan rehberleri kişi,insan yox fahişedirler,nece ki Makron ,Bayden,Putin ve diger Avropa çlke rehberlerinin ekseriyyeti,çünki bu dünya özü fahişe dünya olduğundan meydan sulayanlar da bu Fahişelerdir ki milletlere qan uddırurlar insan kimi yaşamağa imkan vermirler

Son yazılar