“KILIÇDAROĞLU SİYASƏTDƏN GEDƏCƏK...” – “Qarabağda yerdə qalan məsələlər də həll ediləcək”
“Rəcəb Təyyub Ərdoğan bu dəfə də qazandı, 21 il ərzində keçirilən bütün seçkilərin qalibidir. Müxalifətin formalaşdırdığı “altılı masa” Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu uğura apara bilmədi”.
“AzPolitika.info” xəbər verir ki, politoloq Elxan Şahinoğlu Türkiyədə prezident seçkilərinin yekun nəticələrini şərh edərkən belə deyib.
Ekspert müxalifətin məğlubiyyətini səbəblərini belə sıralayıb: “Birincisi, keçmiş nazirlər Əli Babacanla Əhməd Davudoğlu müxalifətə əlavə səs qazandıra bilmədilər, çox danışsalar da, Kamal Kılıçdaroğluna faydası olmadı.
İkincisi, İyi Partiyanın lideri Meral Akşener ilk gündən Kamal Kılıçdaroğlunun yerinə qalib gələ bilən namizədin irəli sürülməsini istədi, hətta masadan qalxdı, ancaq onu eşidən olmadı.
Üçüncüsü, “altılı masa” vahid namizəd məsələsini çox gec müəyyənləşdirdi.
Dördüncüsü, Kamal Kılıçdaroğlu PKK-nın siyasi qanadı ilə ittifaqda olmadığını cəmiyyətə izah edə bilmədi və bu səbəbdən milliyətçilərin səslərini qazana bilmədi.
Beşinicisi, Kamal Kılıçdaroğlunun seçki kampaniyası zamanı Türkiyə vətəndaşlarının mənfi yanaşdığı ABŞ-a səfərinin və orada keçirdiyi görüşlərin ona xeyrindən çox ziyanı oldu”.
Bundan sonra nə olacaq?
Təhliçi bu suala cavabında qeyd edib ki, Kamal Kılıçdaroğlu böyük ehtimalla partiyasından və siyasətdən çəkiləcək. Onun sözlərinə görə, Meral Akşenerin isə “axı mən sizi xəbərdar etmişdim ki, gəlin ya İstanbul, ya da Ankranın bələdiyyə başçısının namizədliyini irəli sürək” açıqlamasının aktuallığı artacaq və müxalifətdə çat əmələ gələcək.
Ekspert hesab edir ki, buna baxmayaraq, Rəcəb Təyyub Ərdoğanın qarşısında mürəkkəb vəzifələr var: “Bunlardan başlıcası iqtisadiyyatdakı geriləməni və dərinləşən inflyasiyanı durdurmaq və insanların rifah halını yüksəlməkdir”.
Azərbaycana gəldikdə, E.Şahinoğlu hesab edir ki, müttəfiqlik daha da güclənəcək və bu bizə Qarabağda yerdə qalan məsələləri də həll etməyə imkan verəcək. “Ərdoğanın qələbəsi erməniləri də məyus edib. Rusiya Prezidenti Vladimir Putin Cənubi Qafqazda Ərdoğan faktoru ilə əvvəlkitək hesablaşacaq”, - o vurğulayıb.
“AzPolitika.info”
Şərhlər
Əslinde Meralın ireli sürdüyü namizedler de Kamalın cocukları idi ve onlarında yürüdeceyi siyast babalatrıkinden ferqli olmayacakdı. Savaş da Ekrem de her ikisi de böyük şeherlerin belediyyə başkanları idi və onların da seçildiklerinden beri xalqın etimadını doğrulmadıqları da aşkar idi. Yəni 6 masa kimi ireli sürse idi de Erdoğan fenomeninin karşısında bir heç olacakdı.