Putinin qohumları Moskvada “Çar kəndi” salıb – Prezidentin kürəkəninin gizli yazışmaları üzə çıxdı

Rusiya Prezidenti Vladimir Putinin qohumları və yaxınları onun Moskva yaxınlığındakı Novo-Oqaryovodakı dövlət iqamətgahı ətrafında geniş torpaq sahələri ələ keçirib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Project” nəşrinin araşdırmasında bildirilir.

“Vladimir Putin orada keçmiş Rusiya imperatorları kimi, özü və qohumları üçün yeni “Çar kəndi” tikdirib. Putinlər həmin mülkləri alarkən formal şəxslərdən və ofşor şirkətlərdən fəal istifadə ediblər”, - araşdırmada deyilir.

Nəşr Putinin kiçik qızı Katerina Tixonovanın keçmiş əri Kirill Şamalovun hakerlər tərəfindən ələ keçirilmiş yazışmalarına istinad edir. Müəlliflər bildirirlər ki, Şamalov və Tixonova məqsədli şəkildə nikahlarını rəsmiləşdirməyiblər. Baxmayaraq ki, onlar Rus Pravoslav Kilsəsinin qaydalarına zidd olaraq kilsədə nikahda olublar. Həyat yoldaşları ilə rəsmi nikahın olmaması hakim ailəyə Moskva vilayətində çox vacib əmlakları, o cümlədən “Çar kəndi”ni gizlətməyə imkan verir.

“Proekt”in məlumatına görə, hələ 2006-cı ildə xarici şirkətlər Putinin iqamətgahı yaxınlığında torpaq alıblar. “Usovo-Plus” qəsəbəsində iki evi olan torpaq sahələri Prezidentin şəxsi pul kisəsi, kiprli Ermira tərəfindən alınıb. Putinin böyük qızı Mariya Vorontsova orada məskunlaşıb. Cənubda Usovo-3 kəndində də evləri olan iki torpaq sahəsi Panama ofşor şirkətləri tərəfindən alınıb və 2013-cü ildə Şamalovun mülkiyyətinə keçib. Katerina Tixonovanın formal olaraq onlarla heç bir əlaqəsi yoxdur.

Şamalovun yazışmalarına istinad edən müəlliflər gənc ailənin mülkləri abadlaşdırmaq üçün çəkdikləri xərclərdən də bəhs edir. Qeyd olunur ki, layihələrin smetası 9 milyon avroya çatır.

Şamalov ələ keçirilən şəxsi yazışmalarında digər məsələlərlə yanaşı, İvan Şişkinin “Meşə talası” qiymətli tablosunun alınmasını müzakirə edib.

Araşdırmada daha sonra Şamalovun adına sənədləşdirilən evlərin ikincisində Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnayanın məskunlaşdığı bildirilir.

2019-cu ildə Şamalov və Katerina Tixonovanın evliliyi bitəndən sonra o, Novo-Oqaryovo ərazisindəki bütün torpaq sahələrini Putinin dostu Arkadi Rotenberqlə əlaqəli olduğu iddia edilən firmaya verib. Firma torpaqları bazar dəyərindən təxminən üç dəfə ucuz alıb.

Araşdırma mayın 30-da Putinin iqamətgahından cəmi bir neçə kilometr aralıda pilotsuz təyyarənin vurulması ilə bitir.

Xatırladaq ki, Rusiya hakimiyyəti hücumda Ukraynanı günahlandırıb, rəsmi Kiyev isə bununla birbaşa əlaqəsi olmadığını bəyan edib.

“AzPolitika.info”

635x100

Şərhlər

Vətəndaş 2023-06-02 10:05:34

Bizdəkilıər Bütün Azərbaycanı özəlləşdirlər özlərinə. Putin öz milləti üçün pis adam deyil,hamı yaxşı yaşayır uşaq pulu pensiya əlavə sosial yardımlar verilr. İş yerləri yetərincə hələ bizin burada ac qalan millətimiz də gedib orada işləyir.

Ramiz 2023-06-01 15:33:48

Saxta seçkilər keçirilən,20-30 il bir ölkədə yüksək postda qalmaq belə halların yaranmasına əsas səbəbdir ki, bu da demokratiya olmayan ölkələrdə mövcuddur.Niyə Amerika,Fransa,Almaniya,İtaliya və s ölkələrdə bir şəxs yalnız iki dəfə namizəd olur? Bax bunun əsas səbəb kimi qəbul etmək vacibdir.v

Son yazılar