Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin təhlükəsizlik şuraları katiblərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib ki, guya Amerika Birləşmiş Ştatları keçmiş SSRİ ölkələri arasında konstruktiv münasibətləri pozmaq məqsədi ilə postsovet məkanının bütün dövlətlərinə misli görünməmiş təzyiqlər edir.
Patruşevin sözlərinə görə, Vaşinqtonun əsas məqsədi keçmiş SSRİ məkanında MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT çərçivəsində inteqrasiya proseslərinə mane olmaqdır. Anqlosaksların öz planlarını həyata keçirmək üçün şantaj, hiylə və təhdid yolu ilə öz tərəflərinə maksimum sayda dövlətləri cəlb etməyə çalışdığını bildirən Patruşev, həmin dövlətlərin maraqlarının Qərbin vecinə də olmadığını iddia edib.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, əslində Patruşev bu açıqlamasıyla Vaşinqtonu və ya rusiyalı rəsmilərin təbirincə desək, “kollektiv Qərbi” deyil, elə keçmiş SSRİ ölkələrini hədəf seçib. Onun sözlərinə görə, Patruşev Rusiyaya qonşu olan ölkələri xəbərdar edib ki, ABŞ və “kollektiv Qərbdən” uzaq dursunlar: “Həqiqətən ABŞ və Avropa İttifaqı keçmiş SSRİ respublikalarının Rusiyanın təsirindən uzaqlaşmasını istəyir, ancaq Patruşevin dediyi kimi, Vaşinqton, London və ya Brüssel Rusiyaya qonşu dövlətlərin öz aralarında nifaq yaratmasına çalışmırlar, bu “kollektiv Qərbin” maraqlarına ziddir, nifaq yaratmağı, “parçala və hökm sür” siyasətini Kreml yaxşı bacarır. Azərbaycan ABŞ-la və Avropa İttifaqı ilə sıx əlaqələrə malikdir, tərəfdaşlıq münasibətləri var, eyni zamanda enerji resurslarımızı satır, qazanc əldə edirik. Azərbaycan, Rusiya istəyir deyə ABŞ və Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etməyəcək. Rusiya ilə birgə müxtəlif təşkilatlarda yer alan Mərkəzi Asiya ölkələri də Rusiyanın xeyrinə ABŞ və Avropa ilə əməkdaşlıqdan vaz keçməyəcəklər”.
E.Şahinoğlu vurğulayır ki, bu səbəbdən Patruşevin Qərbi hədəf alan açıqlaması Rusiyaya qonşu olan ölkələrin əksəriyyəti üçün əhəmiyyətli deyil.
“AzPolitika.info”

Şərhlər
Patuşevin xəbərdarlığına fora verən, elə həmin dövlətlərin özlərinin konstitusion və vətəndaşlarının ayrılmaz hüquqlarının yetərincə müdafiə edilməməsi, *ayaqlar altına*sından qaynaqlanmırmı? Ermənistan və əski DQMV etnik terror cinayətləri otuz ildə mühakimə əvəzinə hələ də, artıq müttəfiqimiz Kreml tərəfindən müdafiə olunur? Referenduma zidd-özbaşına SSRİ buraxılsa çox dövlət MDB və KTMT üzvü olub?
Ruslar tarix boyu primitiv “fehle kendli” psixologiyasından,sitasetinden el çeke bilmirler ,mehz bu sebebden de dünya siyasetinde “aparıcı” dövlet yox “ idareolunanlar” qrafasından çıxa bilmirler ve bele getse geç vaxt da çıxa bilmeyecekler.
Ruslar bir ozlerine umac etsinler sonra gelib bize eriste keserler
Otuz il öncə ABŞ, RF və Azərbaycan prezidentlərinin iştirak etdiyi sammitdə DQMV sovetliyindən terror edilmiş azərbaycanlı ailələrinin BMT TŞ qətnaməsi üzrə RF-Kremlin operativ və təhlükəsiz qaytarılma təklifini verdi! Ötən illərdə əksinin Hərbi İşğal və daha geniş terrora Kremldən dəstək və yenə də terror qalıqlarının mühafizəsi faktdır. Baxmayayaraq rəsmi Bakı Qarabağ terroor və işğal olduğu halda MDB üzvü olacağına razılaşmışdı?
Bu şərhə mən də qoşuluram.Ancaq,Patruşev,Narışkin və Putinin istədiklərini Azərbaycan canla,başla yerinə yetirir.
Özləri ,ailələri,qohumları uzaq dursunlar. Hər birinin avropa pasportu var, avropada əmlakları,banklarda hesabları var. Çörəyi qulağımıza yemirik