Rusiya müdafiə naziri Sergey Şoyqunun nikahdankənar oğlu ilə bağlı bir sıra faktar ortaya çıxıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 2000-ci ildə Sergey Şoyqu və ölkənin Fövqəladə Hallar Nazirliyinin keçmiş stüardessası Yelena Şebunovanın Danila Şebunov adlı övladları dünyaya gəlib. 22 yaşlı Danilanın “Sheba” ləqəbi ilə tanınan estrada müğənnisi olduğu bildirilir.

Məlumata görə, o, Vladimir Putinin qismən səfərbərlik qərarından sonra Rusiyanı tərk edərək, Türkiyəyə qaçıb.

Gənc müğəninin sentyabr ayında hərbi xidmətə çağırıldığı bildirilir.

D. Şebunovun “İnstaqram” hesabından paylaşdığı fotolardan məlum olur ki, o, Türkiyədə kifayət qədər dəbdəbəli bir həyat yaşayır.

Qeyd edək ki, Şoyqunun Yelena Şebunova ilə münasibətindən iki övladı dünyaya gəlib.

Lakin Şoyqunun daha öncə nikahdankənar münasibətlərlə bağlı yayılan xəbərləri təkzib etdiyi bildirilir.

“AzPolitika.info”