Zəka səviyyəsi dünya əhalisinin 99,9%-dən yüksək olan Kairan Quazi kimdir?
14 yaşında universiteti bitirərək bütün dünyada adından söz etdirməyə bacaran Banqladeş əsilli Kairan Quazi Elon Maskın “Space X” şirkətində işə başlayacaq.
“AzPolitika.info” xəbər verir ki, Kairan Quazi bu həftə Santa Clara Universitetində kompüter elmləri və mühəndislik ixtisası üzrə ali təhsilini başa vuracaq.
İQ (zəka) səviyyəsi dünya əhalisinin 99,9%-dən yüksək olduğu iddia edilən 14 yaşlı K. Quazi tarixin ən gənc məzunu və “Space X” şirkətinin ən gənc işçisi ünvanını qazanıb.

ABŞ-ın Kaliforniya ştatında yaşayan Quazinin Banqladeş əsilli ailəsinin dediyinə görə, o, hələ 2 yaşında olarkən tam cümlələr qurmağa başlayıb və təhsil həyatının başlanğıcında yaşıdlarından fərqli olduğunu ortaya qoyub.
O, 3-cü sinifdə oxuyarkən ümumi təhsilin ona uyğun olmadığı anlayıb. Doqquz yaşında Las Positas Kollecinə daxil olub və 11 yaşında Santa Clara Universitetində təhsilini davam etdirib.

Bəzi iddialara görə, Kairan Quazinin İQ səviyyəsi dünyada yaşayan 8 milyard insanın zəkasından yüksəkdir. Bu onu planetin 11 milyon ən ağıllı adamından biri edir.
Quazinin iyul ayında “SpaceX”-in Starlink komandasına qoşulacağı üçün Vaşinqton ştatına köçməyə hazırlaşdığı bildirilir.
“AzPolitika.info”

Şərhlər