"Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırıq".
"AzPolitika.info" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
"Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj olacaq", - Türkiyə lideri bildirib
Prezident Rəcəb Tayyib Ərdoğan daha sonra qeyd edib: “Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik”.
“Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Bir millət, iki dövlət düşüncəsi ilə bu günə qədər birlikdə addımladıq və bundan sonra da bu yolda qətiyyətlə davam edəcəyik...Bu səfərlər aramızdakı duyğuların nə qədər inkişaf etməsinin ifadəsidir”, - deyə Türkiyə Prezidenti bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev də Şuşa Bəyannaməsinin tarixi sənəd olduğunu bildirib: “Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır”.
İki gündən sonra Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünün qeyd olunacağını bildirən dövlətimizin başçısı deyib: “Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”.
Elman
"AzPolitika.info"

Şərhlər
Allah Qüvvət Versin !