Məlum olduğu kimi, Ermənistan parlamentində 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında Baş nazir Nikol Paşinyanın ifadəsi dinlənilib.
“AzPolitika.info” xəbər verir ki, Paşinyan öz çıxışında Şuşanın Azərbaycan Ordusu tərəfindən azad edilməsinin bəzi detallarını açıqlayıb.
Paşinyan deyib ki, Şuşanın müdafiəsinin gücləndirilməsilə bağlı orduya göstəriş verib və onda belə təsəvvür yaranıb ki, etibarlı müdafiə üçün hər şey edilib: “Ancaq hazırlıq işlərindən az sonra məlumat gəldi ki, azərbaycanlıların bir qrupu Zarıslı kəndi istiqamətində müdafiəni yararaq, Laçın-Xankəndi yoluna çıxıblar və demək olar ki, yolu kəsiblər. Bu məlumatı mənə “dağlıq Qarabağ”ın “prezidenti” çatdırdı, ancaq Baş Qərargah bunu təsdiqləmədi. Yeri gəlmişkən, belə vəziyyət müharibə vaxtı on dəfələrlə təkrarlanıb, “dağlıq Qarabağ”ın “prezidenti” məlumatı verirdi, Baş Qərargah isə bunu təsdiqləmirdi, hətta təkzib edirdi.
Ancaq müəyyən müddətdən sonra Baş Qərargah həmin məlumatı təsdiqləməli olurdu. Bu dəfə də belə oldu... Mahiyyət etibarilə həmin andan Şuşanın süqutu başladı. Şuşadan daim məlumat gəlirdi ki, düşmənin birinci qrupu Şuşaya daxil oldu, sonra ikincisi və sair. Nəhayət, noyabrın 7-də Baş Qərargah rəisi Onik Qasparyan mənə Şuşanın süquta uğradığını məruzə etdi. Bu, mənim üçün ağır xəbər oldu...”
Paşinyan deyib ki, bundan sonra hərbçilərə şəhəri geri almaq əmri verib. Hərbçilər guya Şuşanı geri almaq üçün keçirilən əməliyyatda müəyyən uğurlar əldə etdiklərini, hətta şəhərin bir hissəsini nəzarətə götürdüklərini ona bildirsələr də, Paşinyana sonradan xəbər verilib ki, Şuşada bir nəfər də erməni əsgəri qalmayıb.
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Birini verərsən, digərini də istərlər? Axı, anti-katolik qreqor ian qruplaşması katolik edamından 17ci əsrin sonunda Urmiyada gizlənib və İran cənubi Qafqazı (quzey Azərbaycanı) Rusiyaya təslim edəndə xxaçla şimala axın ediblər. Çar onları Eçmiadzin muxtarlığında saxlayıb. Sonrakı Çar dövləti erməni adlandırdığı quruma 29 min kv km-İrəvan xanlığında respublika bəyan edib. Ərazi hərisliyi hələ də davam etdirilir?