Kembric Universitetinin tədqiqatçıları gənc yaşda naməlum xəstəlikdən dünyasını dəyişən qadının üzünün fotosunu canlandırıblar.

AzPolitika.info” xəbər verir ki, gənc qadının silueti “üz rekonstruksiyası” ilə ortaya çıxarılıb. Sözügedən fotonun Kembric Universitetinin sərgisi çərçivəsində nümayiş etdiriləcəyi bildirilir.

Məlumatda qeyd olunur ki, həmin qadının skeletinin 2012-ci ildə Böyük Britaniyanın Kembric şəhərinin cənubundakı Trampinqtonda aşkar edilib.

Bundan əlavə, tədqiqatçılar yeddinci əsrdə yaşamış yeniyetmənin sümükləri və dişləri üzərində aparılan araşdırmalar əsasında qadının Almaniyanın cənubunda doğulduğunu və yeddi yaşı tamam olduqdan sonra Kembricə köçdüyünü müəyyən edə biliblər.

AzPolitika.info