Ötən gün 18 iyunda Atlantik okeanında “Titanik”in 111 il öncə qəzaya uğradığı yerə turistik ekspedisiyaya gedərkən yoxa çıxan sualtı qayıq tapılıb.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Sahil Mühafizəsi Xidmətindən verilən məlumata görə, sualtı qayıq təzyiq nəticəsində partlayıb və parçalanıb.

Parçalar okeanın 4 kilometr dərinliyində, “Titanik” gəmisinin dağıntılarından 488 metrlik məsafədə ortaya çıxarılıb. Sualtı qayıqda olan 5 nəfərin isə həlak olduğu bildirilib.

Həlak olan sərnişinlər - 58 yaşlı britaniyalı milyarder Hamish Harding, Pakistanın ən zəngin iş adamlarından olan 48 yaşlı şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, “OceanGate” şirkətinin qurucusu, britaniyalı milyarder Stokton Rash və okeanoqraf Paul Henry Nargeoletdir.

Xatırladaq ki, səyahət müddəti 2,5 saat olacağı proqnozlaşdırılan sualtı qayığın dalışdan 1 saat 45 dəqiqə sonra “Polar Prince” gəmisi ilə əlaqəsi kəsilmişdi.

Partlayan sualtı qayıqda həlak olan turistlərlə bağlı bir sıra maraqlı təfərrüatlar ortaya çıxıb. Həmin məlumatları təqdim edirik:

Hamish Harding

O, bu cür səfərlərə hazırlıqlı adam olub. Harding 2019-cu ildə Yer kürəsində dövrə vurub, bir neçə dəfə qütblərə səyahet edib, 2021-ci ildə isə Marian çökəkliyinin ən dərin nöqtəsi olan “Challenger” dərinliyinə enib. O, həmçinin ötən il “Blue Origin”-in “New Shepard” gəmisi ilə kosmosa gedib.

Şahzadə Davud və oğlu Süleyman

Şahzadə Davud baş ofisi Pakistanın Kəraçi şəhərində yerləşən “Engro Corporation Limited” şirkətinin vitse-prezidenti olub. Ailəsinin verdiyi açıqlamaya görə, Süleyman onun oğlu olub. Ölən ata və oğul hər ikisi Britaniya vətəndaşıdırlar. Şahzadə Davudun təbii yaşayış yerlərini kəşf etməyi çox sevdiyi bildirilir. 19 yaşlı Davud isə tələbə olub.

Paul-Henry Nargeolet

Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı, 77 yaşlı Henry “Titanik” kəşfiyyatçısı olub. Məlumata görə, o, “RMS Titanic Inc” şirkətində sualtı tədqiqatların bölməsində direktor kimi çalışıb.

Stockton Rush

“Princeton” Universitetində aerokosmik mühəndisliyini öyrənən və “Kaliforniya” Universitetində MBA dərəcəsinə sahib olan Rush isə “Stockton Rush” şirkətinin maliyyə və mühəndislik işlərinə nəzarət edən şəxs olub.

“AzPolitika.info”