Belarus kanalları ölkənin baş “qanuni oğrusu” Aleksandr Kuşnerovun həbs edildiyi barədə məlumat yayıb.
“AzPolitika.info” xəbər verir ki, məlumatda “Kuşner” ləqəbli “qanuni oğru”nun həbsinin mərhum azərbaycanlı kriminal avtoritet Nadir Səlifovla bağlı olduğu qeyd edilib.
Belə ki, “Kuşner” 2020-ci il avqustun 20-də qətlə yetririlmiş “qanuni oğru” “Lotu Quli”-nin qisasını almağa söz veribmiş. Buna görə o, muzdlu qatillər tutaraq, “Lotu Quli”-nin qətlinin təşkilində iştirak edənlərin qətlini sifariş edib. Bunun üçün ilkin olaraq onlara 10 min ABŞ dolları verib. İş başa çatdırılandan sonra isə əlavə 300 min ABŞ dolları ödəyəcəyini vəd edib.
Lakin hüquq-mühafizə orqanları buna imkan verməyiblər. “Kuşner” həbs edilib. Dəfələrlə məhkum olunmuş “qanuni oğru”-ya Belarus qanunvericiliyinə görə 8 ildən yuxarı iş, hətta ölüm hökmü kəsilə bilər.
“AzPolitika.info”

Şərhlər