Daha öncə beynəlxalq mətbuatda Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin izlənməsindən və vurulacağından qorxduğu üçün xüsusi hazırlanmış zirehli qatarlarla səyahət etdiyinə dair xəbərlər yayılmışdı.
“AzPolitika.info” xəbər verir ki, müxalif siyasətçi Mixail Xodorkovski ilə əlaqəsi olan “Dossier” mərkəzi çoxlu sayda lüks otaqları olan bu zirehli qatarın yeni fotolarını yayımlayıb.
Məlumata görə, Putinin tez-tez səyahət etdiyi bu qatarda hamam, idman zalı, kosmetologiya salonu ilə təchiz edilmiş çoxlu otaqlar var. Qatarda Putinin qocalma əleyhinə aparatları, o cümlədən ağciyər ventilyatoru, defibrilator və xəstə monitoru kimi vasitələr də var.
“Qatarda nəhəng “Panasonic” televizoru, DVD və VHS pleyerlər var. Hər şey təbii ağacdan hazırlanıb. Qatar “AK-47” gülləsinə davamlı zirehlə əhatə olunub. Vaqonlarda cavab atəşi açmaq üçün boşluqlar da var. Bəzi otaqlar dinləmələrə qarşı qorunur. Məsələn, kosmetologiya otağında məlumatların sızmasından qorunma aparatı, eləcə də xüsusi təhlükəsizliyə malik telefon xətti də mövcuddur”,-deyə məlumatda qeyd olunur.
Sözügedən qatarın 76 milyin dollar dəyərində olduğu bildirilir.
“AzPolitika.info”






Şərhlər
Biz çalışırıq! Boş boğaz şüar, söyüşlərlə? Bilirəm-CAVABINI da verdim! Nəsə həll etdim, ya qazandıqmı? Beş il öncə gecə belə ermənis və rusiya qəzetlərinə ciddi əks şərh buraxırdım, bir dəqiqə keçməmiş görüntülənirdi! Özümüzünkü söyüşləri buraxır? 76 milyonluq qatar heç də Putinin yox, Xüsusi Prezident qatarı ola bilər?
Bu qatarla V.Putin, S.Lavrov və digər Kremllilər otuz illik hərbi işğal cinayətlərinə görə Ermənistan təzminat kimi Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur zolağından keçib Çinə hərəkət edəcək! Ura? Urra! Urrraaa!