Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində çoxsaylı ikitərəfli görüşlər keçirib. Sözügedən görüşlər zamanı Ərdoğanın masasının üzərində olan kitablar diqqətdən yayınmayıb.

“AzPolitika.info” xəbər verir ki, Türkiyə bayrağı olan qutuda yerləşən bu kitabların adlarının türk və ingilis dillərində olduğu görülüb.

Həmin 4 kitabın adı isə belə olub:”Türkiyənin Terrora Qarşı Mübarizəsi, Humanitar Yardımda Türkiyə Modeli, Lider Diplomatiyası, Türkiyənin NATO-ya üzvlük imkanları və çətinlikləri”.

Kitabların Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən NATO Zirvəsi üçün xüsusi olaraq hazırlandığı öyrənilib.

“AzPolitika.info”