Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata açıqlamalar verib.
Dövlət başçısı Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı da cavablandırıb. Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevin bölgədəki vəziyyəti diqqətlə izlədiyini deyib.
“Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”, - deyə Ərdoğan bəyan edib.

Şərhlər
Ağzınıza sağlıq,Sayın Ərdoğan!Ancaq rus qoşunlarının Qarabağda əbədi qalmasını istəyənlər Azərbaycanda az deyil. Geni qarışıq-bulaşıq olanlar,gizli PKK sevdalıları rusun poxunu iyləməkdən doymurlar.Onlar üçün rus müstəmləkəsində yaşamaqdan başqa çıxış yolu yoxdur.
Bizlər bunu böylə də bilirdik və ona görə də bu sözün deyilməsi üçün Erdoğanın seçgilərini həyacanla izləyirdik. Bu gün Qarabağ məsələsində son hədəf imizə ulaşmamız, məhz qardaş Türkiyenin desteyindən çox asılıdır. Ona görə ki, qarşımızda duran Rusiyanı çox gözəl tanıyırıq. Onun təsirinə əks təsir olmasa o ne edib yenə da Qarabağda 2025-ci ildən sonra da qalması üçün hər cür riyakarlıklara əl atacaqdır.