Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya hərbi kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyinə dair açıqlaması Ermənistanda və Rusiyada ciddi əks-səda doğurub.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatına açıqalma verən tanınmış Rusiya tarixçisi Modest Kolerov sülhməramlıların doğrudan da Qarabağdan getməli olacağını təəssüflə qeyd edib. 

İmperiyaçı və ermənipərəst mövqeyi ilə tanınan məşhur tarixçi deyib ki, Ərdoğan Qarabağ mövzusunda Kremlə ciddi təzyiq göstərir: “O, bizim bütün zəif hesab etdiyi nöqtələrimizdən istifadə edir”.

“Sülhməramlıların Qarabağdan çıxma ehtimalı çox yüksəkdir. Biz öz sülhməramlılarımızı təmin edə bilməyəcəyik. Onlar girovdurlar və bu, çox pis vəziyyətdir”, - deyə bildirən Kolerov bu vəziyyətin yaranmasında Ukraynadakı müharibənin vacib rol oynadığını qeyd edib: “Biz güman edə bilməzdik ki, Ukrayna uğrunda mübarizəyə başlayandan sonra Qarabağda vəziyyəti dondurmağa siyasi gücümüz çatmayacaq”. 

Bununla da Rusiyanın əsas məqsədinin Qarabağda münaqişəni dondurmaq olduğunu etiraf edən Kolerov deyib ki, Azərbaycan Rusiyanın Ukraynaya qarşı savaşında Ukraynanın tərəfindədir və Prezident ilham Əliyev əlinə düşən fürsəti qaçırmayacaq.

“AzPolitika.info”