Ötən gün Cənub-Şərqi Asiya Ölkələri Birliyinin (ASEAN) xarici işlər nazirlərinin İndoneziyanın paytaxtı Cakartada sayca 56-cı görüşü baş tutub. Həmin görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

"AzPolitika.info" xəbər verir ki, Hakan Fidan "ASEAN" sammiti çərçivəsində Blinken də daxil olmaqla bir çox XİN rəsmisi ilə ikitərəfli görüşlər keçirib. Zirvədə bəzi qonaqlar yerli mədəniyyəti simvolizə edən rəngli köynəklərə üstünlük verərkən, Hakan Fidanın toplantıya rəsmi geyimdə qatılması böyük marağa səbəb olub.

Türkiyə XİN rəsmisinin bu cür geyim tərzi ilə ciddiliyini qoruduğu bildirilib.

Digər XİN rəsmilərinin fərqli geyim tərzi isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çoxları bu geyim tərzinin görüşün ciddiliyinə xələl gətirdiyini bildirib.

"AzPolitika.info"