ABŞ Prezidenti Co Bayden və İsrail Prezidenti İshaq Hersoq Ağ Evdə keçirdikləri ikitərəfli görüşdə regional və qlobal məsələləri, xüsusilə İsraildə mübahisəli məhkəmə islahatlarını, eləcə də İran və İsrail-Fələstin məsələsini müzakirə ediblər.
“AzPolitika.info” xəbər verir ki, tez-tez qeyri-adi hərəkətləri ilə gündəmə gələn Bayden bu dəfə görüş zamanı bir anlığına donub.
Fələstin haqqında danışan ABŞ lideri yuxulu şəkildə heç bir mənası olmayan cümlələr işlədib. İshaq Hersoq isə Baydenin bu vəziyyətini böyük çaşqınlıqla izləyib. O, bir neçə dəfə ətrafına və kameralara baxaraq, mövcud vəziyyəti anlamağa çalışıb.
Qeyd edək ki, Baydenin və Hersoqun bu davranışları sosial şəbəkələrdə gündəm olub.
“AzPolitika.info”

Şərhlər