Menu

Uçan taksilər bu tarixdən istifadəyə veriləcək – Gediş haqqı nə qədər olacaq?

22.07.2023, 14:44
Uçan taksilər bu tarixdən istifadəyə veriləcək – Gediş haqqı nə qədər olacaq?

Braziliyanın təyyarə istehsal edən “Embraer” şirkəti elektriklə işləyən uçan taksilər istehsal etmək üçün San Paulo şəhəri yaxınlığında fabrik quracağını açıqlayıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, uçan taksilərin 2026-cı ilə qədər istifadəyə verilməsi gözlənilir.

Məlumata görə, altı sərnişin tutumlu kiçik helikopterə bənzəyən bu taksilərdə adambaşına gediş haqqı 50-100 dollar aralığında olacaq. Uçan taksilər üçün uçuş zolağına ehtiyac olmayacağı, həmçinin təyyarələr kimi uzun məsafələr qət edə biləcəyi vurğulanır.

Şirkət artıq 3000-ə yaxın taksi sifarişi aldığını bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol