“Azərbaycan Şərqi Zəngəzurun reinteqrasiyası prosesində kənar iştirakçılara imkan verməyəcək. Bakı 1975-ci il xətti üzrə sərhədlərin müəyyən edilməsinə razı olmayacaq və 1920-ci ilin payızına qədər mövcud olmuş xətt üzərində israr edəcək”.
“AzPolitika.info” xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov “Feysbuk”da yazıb. O, hazırda davam edən danışılqarın mahiyyətini ifadə edəcək bir sıra məqamlara toxunub.
Keçmiş nazirin sözlərinə görə, Azərbaycan Qarabağda münaqişəyə son qoymaq və istəyənlərə vətəndaşlıq verməklə onları inteqrasiya etmək istəyir. “Ermənistan istəyir ki, Azərbaycan 1975-ci il sərhədlərini tanısın. İrəvan bununla da öz təhlükəsizliyini təmin etmək və bundan sonra ermənilərin “hüquqları və təhlükəsizliyi” adı altında Qarabağa ərazi iddialarını davam etdirməyə çalşır”.
T.Zülfüqarov deyib ki, bütün keçmiş həmsədrlər, o cümlədən İran münaqişəyə regionun idarə olunmasında vasitə kimi baxır, onun davam etməsini istəyir: “Ermənistanın və xarici “oyunçuların” münaqişəni davam etdirmək istəyini görən Azərbaycan “güzgü prinsipi”ndən istifadə edərək Qərbi Zəngəzur və Göyçə mahalı, eləcə də “Qərbi Azərbaycan icmaları” mövzusunu irəli sürür”.
“Buna görə də Bakı sərhədin 1975-ci il xətti üzrə müəyyən edilməsinə razı olmayacaq və 1920-ci ilin payızına qədər mövcud olan xəttdə israr edəcək. Azərbaycan siyasi və müdafiə potensialının üstünlüyünü nəzərə alaraq münaqişə zonasını Qərbi Zəngəzur ərazisinə və ondan kənara qədər genişləndirməyə hazır olacaq. Həmçinin Azərbaycan Şərqi Zəngəzurun reinteqrasiyası prosesində kənar iştirakçılara imkan verməyəcək,” - T.Zülfüqarov vurğulayıb.
Keçmiş nazir əlavə edib ki, Rusiya reinteqrasiya prosesinə qarşı çıxacağı təqdirdə, 2025-ci ilə qədər onun sülhməramlı qüvvələrinin Türk Dövlətləri Təşkilatı ölkələrinin üzvlərindən ibarət polis missiyası ilə əvəzlənməsi prosesinə start verilə bilər.
“AzPolitika.info”

Şərhlər
Господин б. Министр, какие родимые права терроризованных 300 тысячи азербайджанских семей армянскими террористами осуждены за 30 лет или права депортированных 200 тысячи азербайджанских семей Арменией? При создании этих республик местного происхождения Азербайджану было отведено 136,6 тыс кв км, а переселенцам армянам всего 29 тыс кв км?
Tamamilə doğru yanaşmadır.SSRİ dağılıb,yerində rusiya kimi xarabalığa çevrilmiş bir süni dövlət ağalıq edir.onların çızdığı xəritələr avtomatik olaraq ləğv edilir.Azərbaycanın 1920 -ci ilədək olan 114 min.kv/km.,ərazilərimizə sahib olmalıyıq.Dünya yenidən bölüşdürülür.Biz niyə ozümüzünkünə sahib olmayaq ?
1969-1975-ci illətr arasıda Ermənistana Naxçıvan (Sədərək) .Qazax və Tovuz ərazilərindən bağışlamaları qəbul etmək olmaz!