Amerikada yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus “Amerikanın səsi”-nə müsahibəsində ermənilərin Laçın yolu ilə bağlı “blokada şousu”nu ifşa edib.
“AzPolitika.info” xəbər verir ki, R.Yunus müsahibəsində Krım və Donbasla Qarabağ arasında paralellər apararaq, Qərbi ikiüzlü siyasət yürütməkdə günahlandırıb.
Yunus deyib ki, beynəlxalq hüquq hər zaman Azərbaycanın tərəfində olsa da, uzun illər ölkəmizin suverenliyi, ərazi bütövlüyü təmin olunmayıb. Lakin 44 günlük müharibədən sonra Azərbaycan BMT TŞ-nin məlum qətnamələrini öz gücü ilə həyata keçirib.
Politoloq qeyd edib ki, bu gün Ukraynanın ərazi bütövlüyü, suverenliyi barədə danışanlar Azərbaycanın da ərazi bütövlüyü barədə danışmalı, ona hörmət etməlidirlər. Bu kontekstdə Ermənistanın Qarabağa dair məsələni BMT TŞ-yə çıxarması və “blokada şousu”ndan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edilməsi ikili standartların göstəricisidir.
Azərbaycanlı politoloqun çıxışını təqdim edirik:
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Çox sağ olun Vətənpərvər mövqeyinizə görə...