Menu

ROMA PAPASININ “BÖYÜK RUSİYA” RİYAKARLIĞI - Ukraynadan Papa Fransiskə kəskin etiraz

29.08.2023, 19:00
ROMA PAPASININ “BÖYÜK RUSİYA” RİYAKARLIĞI - Ukraynadan Papa Fransiskə kəskin etiraz

“Heç vaxt mirasınızı unutmayın. Siz böyük Rusiyanın varislərisiniz. Siz böyük Rusiyanın - müqəddəslərin, I Pyotrun, II Yekaterinanın hakim olduğu böyük Rusiyanın, böyük mədəniyyətin və insanlığın varisisiniz…”

“AzPolitika.info” xəbər verir ki, Roma Papasının avqustun 25-də Sankt-Peterburqda keçirilən Ümumrusiya katolik gənclər gününə videomüraciətində səsləndirdiyi bu fikirlər Ukrayna XİN tərəfindən kəskin reaksiya ilə qarşılanıb.

Maraqlıdır ki, Vatikanın rəsmi saytında çıxışın həmin hissəsi silinib. Lakin internetdə, sosial şəbəkələrdə çıxış bütövlükdə qalmaqdadır.

Roma Ppasına cavabında Ukrayna XİN bəyan edib ki, Papa Fransisk bu çıxışı ilə Kremlin imperiyaçılıq ideyalarına haqq qazandırır. Hansı ki, Ukraynaya qarşı qanlı işğalçılıq müharibəsi də məhz bu ideyaya xidmət edir.

Vatikanın mətbuat mərkəzinin başçısı Matteo Bruni Papa Fransiskin bu müraciətinin yaratdığı kəskin etirazları “malalamağa” çalışıb və deyib ki, onun fikirləri düz başa düşülməyib. Guya Roma Papası həmin çıxışında yalnız Rusiyanın mədəni və mənəvi mirasını nəzərdə tutub.

Ancaq maraqlıdır ki, nədənsə bu zaman Fransisk Rusiya yazıçılarının, şairlərinin, bəstəkarlarının yox, Pyotrun, Yekaterinanın adlarını çəkib. Bu fakt növbəti dəfə Vatikanın daim həyata keçirdiyi riyakar siyasətin bu gün də davam etdiyini göstərir.

C.Məmmədov

“AzPolitika.info” 

Şərhlər

Veteran 2023-08-30 11:55:40

Bu çürük başlı qoca köpəklər bütün dünyanı xaraba qoyublar. Ay qoca İT Pyotur GORBAGORA qədər nə rusiya adında bir kənd,nədə rus deyilən mənfir bir "xalq" olıub. Rusiar URAYNALILARIN törəməsi, onların nökərləri olublar.

Vətəndaş 2023-08-29 21:03:43

Cəlal Məmmədov Rusiya həqiqətəndə BÖYÜKDÜR.............bunu danmaq olmaz.

t.ədalət 2023-08-29 20:26:57

Papa piyux bir adamdır.Pituxdan yaxşı nəsə gözləmək səfehlikdir.

Fransisk ifşa olunub......... 2023-08-29 19:05:29

................bu Fransisk, ROMA - da çox ................işlərlə məşquldur və Kreml bunu maliyyələşdirir.............

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol