“Xankəndində separatçıların başçısı postuna gətirilən Samvel Şahramanyan Azərbaycanla danışıqlarda humanitar siyasəti müzakirə etməkdən boyun qaçırmışdı. Bəziləri hesab edir ki, bu, Azərbaycanın xeyrinə olan təyinatdır, amma belə düşünmək üçün heç bir əsas yoxdur. Ola bilsin, Şahramanyan vəziyyəti nəzərə alıb danışıqlara daha mülayim mövqedə döndü".
“AzPolitika.info” xəbər verir ki, bunu syasi şərhçi Zərdüşt Əlizadə Qarabağdakı hərbi xunta rəhbərliyində baş vermiş dəişikliyə münasibət bildirərkən deyib.
Xatırladaq ki, “vəzifəsindən” istefa verməzdən əvvəl Arayik Arutyunyan qondarma qurumun "təhlükəsizlik şurasının katibi" Samvel Şahramanyanı "dövlət naziri" təyin edib.
Samvel ŞahramanyanBir müddət öncə Azərbaycan nümayəndə heyəti ilə keçirilən görüşə Qarabağ ermənilərinin nümayəndəsi kimi S.Şahramanyan qatılmışdı. Arutyunyanın istefasından sonra Ermənistanın bəzi siyasi şərhçiləri bu prosesin Azərbaycanın xeyrinə olduğunu dedi. Onların fikrincə, bununla Azərbaycan Qarabağdakı mövqelərini bərkitdi.
Zərdüşt ƏlizadəZ.Əlizadənin sözlərinə görə, Qarabağ separatçıları hesab edirlər ki, inteqrasiya başlasa, onları həbs gözləyir: "Ona görə də başlayırlar qaçmağa, gizlənməyə, istefa verməyə. Ümid edirlər ki, helikopterlə uçacaqlar Ermənistana, oradan da Rusiyaya".
Politoloq separatçıların Moskvadan idarə olunduğunu düşünür. O vurğulayır ki, Qarabağ separatçılarının rəhbərləri indi Azərbaycanla danışıqlara getməyə məcburdurlar: "Amma bunu daha çox Qarabağdakı erməni əhalisinin fəalları, ağsaqqalları edə bilər. Hər halda, üzdə olan siyasi fiqurlar bu işin öhdəsindən gələ bilməyib".
Z.Əlizadənin fikrincə, Rusiya əvvəl Qarabağ separatçılarına "mövqeyinizdə möhkəm durun" deyib ürək-dirək verirdisə, hazırda yumşalmağa başlayıb.
“AzPolitika.info”

Şərhlər