Fərhad Məmmədov: “ABŞ-ın məqsədi ərazini Azərbayandan qoparmaqdır...” 

Süntyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağda qalan ermənilərin taleyi ilə bağlı bir qürup ermənipərəst konqresmen tərəfindən dinləmələr təşkil olunub.

Politoloq Fərhad Məmmədov “AzPolitika.info”ya açıqlamasında bildirib ki, dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin Bakının əleyhinə səsləndirdiyi fikirlər Vaçinqtonun Azərbaycan və Ermənistana olan münasibətini əks etdirib.

“Burada artıq hər hansı ikibaşlı oyun yox idi. ABŞ tam şəkildə Ermənistanın mövqeyini, hətta Ermənistanın Azərbaycana qarşı olan ərazi iddialarını belə dəstəklədi”, -ekspert əlavə edib.

Xatırladaq ki, Yuri Kim tamamilə erpənipərəst mövqe nümayiş etdirib. O, Laçın yolunun “blokadaya” alınmasından narahatlığını ifadə edib.

“Bizim üçün bu məsələ ilə bağlı status-kvo qətiyyən qəbuledilməzdir və biz həll yolu tapana qədər işimizi dayandırmayacağıq” – deyə, bildirib.

ABŞ rəsmisi həmçinin bildirib ki, danışıqlar boyu onlar Qarabağ ərazində qalan etnik ermənilərin hüquq və təhlükəsizliyinin qorunmalı olduğunu və bunun davamlı sülh sazişinin əsas komponenti olduğunu daim vurğulayıblar.

Fərhad Məmmədov vurğulayıb ki, dinləmlərdə iştirak edən konqresmenlərin bu mövqeyi anlaşılandır, çünki onlar erməni lobbi qruplarının nümayəndələri, həmçinin ermənipərəstdirlər: “Lakin Dövlət Departamentinin nümayəndəsi də bir dəfə olsun Azərbaycanın ədalətli mövqeyinə dair fikir səsləndirmədi, 25 il ərzində davam edən işğal faktından, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrdən, Azərbaycanın Ukraynaya dəstəyindən, terrorla mübarizəsindən, Qarabağda yaşayan ermənilərə təklif etdiyi reinteqrasiyadan danışmadı. Bu, ABŞ-ın Dövlət Departamenti səviyyəsində prosesə olan münasibətindən xəbər verir”.

Ekspert hesab edir ki, bu, dövlət olaraq Azərbaycanı, bir millət kimi azərbaycanlıları inkar etməkdir. O, xatırladır ki, saat yarım davam edən müzakirədə mina məsələsinə cəmi bir dəfə toxunulub: “Bu da Qarabağın ermənilər yaşayan ərazisində ABŞ-ın dəstəyi ilə aparılan mina təmizləmə işləri konteksində oldu. Bir dəfə də qeyd edilmədi ki, azərbaycanlılar ermənilərin yerləşdirdiyi minalara düşərək həlak olub və yaralanıblar. ABŞ-ın bu mövqeyini xarakterizə etmək üçün iki kəlimə kifayət edir - ədalətsiz və vicdansız. Düşünürəm ki, ABŞ bununla Qərb vasitəçiliyinə böyük zərbə vurdu”.

Politoloq vurğulayıb ki, Ağdam-Xankəndi yolunun istifadəsi yüklərin bu yolla Qarabağa çatdırılması mümkün olduğunu nümayiş etdirib: “Lakin ABŞ öz rəsmi nümayəndəsinin dili ilə bir neçə dəfə Laçın yoluyla bağlı heç bir məntiqə sığmayan ittiham və tələb irəli sürüb. Tələb budur ki, Laçın yolu nəzarətsiz istifadə edilməli və yüklər məhz bu yolla daşınmalıdır. ABŞ artıq o səviyyəyə çatıb ki, bu məsləni “silaha” çevirərək Azərbaycanın ərazi bütövlüyünə qarşı istifadə edir. Əgər ABŞ-a Qarabağda qalan ermənilərin humanitar vəziyyəti maraqlı olsaydı, onlar Ağdam yolundan istifadə edərdilər. ABŞ-ın məqsədi bu ərazini Azərbayandan qoparmaq və Ermənistanı dəstəkləməkdir”.

F.Məmmədov hesab edir ki, Qərblə münasibətlərdə hər hansı problem yaransa, bu onlardan qaynaqlanan bir məsələ olacaq.

“Düşünmüəm ki, münasibətlər tam kəsiləcək, lakin müəyyən məhdudiyyətlər olacaq. Hər halda Azərbaycan rəhbərliyi prinsipial mövqe sərgiləyirsə, deməli, yarana biləcək problemlərin necə aradan qaldırılmasının yollarını da düşünüb”, - o vurğulayıb.

Rasim

“AzPolitika.info”