Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.
APA xəbər verir ki, Azərbaycanın görüşdə imtina etməsinin səbəbləri açıqlanıb.
Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib.
Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb.
Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən aşıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib.
Buna görə Azərbaycan bu görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.
Çünki belə format Azərbaycana lazım deyil. Bakı regiondan uzaq ölkələrlə regionun problemlərini müzakirə etməyə lüzum görmür. Bakı hesab edir ki, bu məsələlər regional çərçivədə müzakirə və həll edilə bilər.
Bununla belə, əvvəlki Aİ-Azərbaycan-Ermənistan üçlü formatı gündəmə gələrsə, Azərbaycan görüşdə iştirak edə bilər.
Fransanın iştirak etdiyi heç bir format Azərbaycan üçün məqbul deyil, Bakı belə platformada iştirak etməyəcək.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək.
Beştərəfli görüş sammit çərçivəsində baş tutmalı idi.

Şərhlər
Çox möhtəşəm qərardır. Avropamım xristiyanları köpək sürüsü kimi Grenadaya topıaşıb o ki var bizim tərəfə baxıb hürüşəcəklər. Niyə İSLAM ölkəsi bizim üzərimizdə qələbə çaldı deyə. Ölün köpək uşağı.
Azərbaycan dövlətinin bir daha bu qətiyyətli addımını dəstəkləyirik. Bəli Azərbaycana regondan kenar iki üzlü və tərəf tutan oyunçular lazım deyiı. Biz bunu keçən 30 ilde yaşadıq. Artıq bu gündən sonra, buna ehtiyac da yoxdur. Azərbaycan Qarabağda minlərlə qurban verərək, öz hədəfinə ulaşıb. Qalır Zəngəzur koridorunun açılması, Azərbaycan bunda da "ERmənistana" regoon dövlətləri ilə birgə məcbur edəcək və "Ermənistan" özü də 10 noyabr 2020-ci il sazişinə əsasən buna məcburdur. O ki qaldı Sərhədlərin tanınıb, sülh sazişinin bağlanmasına bu "Ermənistana" gərək deyilsə, bizə də heç gərək deyil. Əgər ermənilər başlarını bir də qaldırarsa gününü də görər. Yetər artıq "demokratik" Avropanın bu sahte demokrtiyası bizə lazım deyil.
Ermənilərin qəzəbdən qudurduqları,ASALA-nın dünyanın hər yerində terror əsdirməyə başladıqları indiki vaxtda bu cür lüzumsuz,əhəmiyyətsiz görüşlərə getmək qətiyyən lazım deyil.Bizə kimin nə sözü varsa buyursun Bakıya gəlsin,desin sözünü.Biz öz Prezidentimizdən də,Şanlı Ordumuzdan da razıyıq,kimlər narazıdırsa gəlsinlər,dinləyək görək nə istəyirlər.
Cənab Prezident Qranadaya getməməklə düzgün qərar verib! Ağızlarına gələni qərəzli danışacaqlar, sonra da bizə gəl görüşək deyəcəklər. YOX elə bir "dünya"!!!