Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı XİN-də mətbuat konfransında yalan açıqlama ilə çıxış edib.
O, Ermənistanda Qarabağdan köçmüş ermənilərlə görüşdüyü təqdirdə, Azərbaycana səfəri zamanı azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə "Real" televiziyasının müxbirinin sualına yanlış və yalan dolu cavab verməklə kifayətlənib.
Almaniyalı nazir əvvəlcə suala cavab verərkən özünün Qarabağdan Ermənistana getmiş ermənilərlə görüşünü uzun-uzadı təsvir edib, daha sonra Azərbaycanın xarici işlər nazirinin sualın mahiyyətini xatırlatmasından sonra bildirib ki, o bu gün Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirib.
Etibarlı mənbələrdən əldə olunmuş məlumata əsasən, əslində Almaniyanın xarici işlər naziri Bakıda restoranların birində vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edib.
Qeyd edək ki, alman nazirə qaçqın və məcburi köçkünlərlə görüş təklifi verilsə də, o bu görüşdən imtina edib.
Berbok anlamalıdır ki, Azərbaycan qaçqınlarının və məcburi köçkünlərinin 30 ildən artıq davam etmiş əzab-əziyyətini anlamaq üçün onlarla görüş vacib idi və bu kimi yalan açıqlamalar Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinə müsbət təsir etmir.
"AzPolitika.info" onu da xatırladır ki, Azərbaycanın dövlət suverenliyinə də hörmətsizlik nümayiş etdirməyə cəhd edib. Belə ki, Şuşa və Xankəndi şəhərinin adlarını çəkərkən separatçıların qoyduğu “adları” da çəkib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berboka həddini bildirib.
Nazir qeyd edib ki, BMT-nin müvafiq qətnaməsinə əsasən, Azərbaycanın coğrafi adlarından istifadə edilməlidir: “Xanım nazir çıxışında Şuşa və Xankəndi şəhərinin adlarını çəkərkən qondarma rejimin qoyduğu “adları” da çəkdi.Xanım nazirin istifadə etdiyi ikinci “adlar” mövcud deyil. Ona görə də Azərbaycanın suverenliyinə və beynəlxalq hüquqa hörmət göstərilsin!”.
"AzPolitika.info"

Şərhlər
berlində bir səfiriniz var, ona səfil də demək olar, ağayev nasimi adlı birisi.... əvvəlki sələfi ramin həsənovdan çox da fərqlənmir, dram teatrındakı artistlərə bənzəyirlər, biri həmişə stalin kimi ciddi dururdu, amma almanlar ciddiyə almırdılar, biri də sirkdəki komiklr kimi həmişə gülür, amma onu da almanlar ciddiyə almır... bu yazdıqlarından belə qənaətə gəlmək olar ki, almanlar heç sayın bakanlmlz ceyhun müəllimi də....
burada azpolitika saytının Almaniya-Azərbaycan münasibıtlırinı dair sıhv proqnoz verdiyinə dair şərh yazmışdım, onu da dərc etmədilər. Bu da ədalətdən və peşəkarlıqdan dəm vuran azpolitika...
*Heç nə göydən düşmür?* Almaniya XİN güman ki, AFR dövlətinə təsiri olan daşnaqların bura ermənilərinin sifarişini rəsmən öyrnməyə gəlib! Nə qədər ki, Bakı Beynəlxalq məhkəmələrlə erməni millətçilərinin, Ermənistanın 200 azərbaycanlı ailəsinə qarşı deport və 300 min ailəyə qarşı tarixin ən vəhşi-hərbi işğal genosidini Beynəlxalq Məhkəmə ilə təsdiqləməyib, cinayətkarın tərəfkeşləri olacaq?
Bəyəm bu ünsürlərin doğru danışan vaxtı olub,otuz il bizi aldadaraq başımızın altına yastığ qoymamışdılar?
Ola bilsin xanım nazirə Almaniyadaca belə bir məlumat veriblər ki,Azərbaycandan gedən ermənilərə ermənistanda əyri baxılmasına fikrin getməsin,ermənistandan qovulan qaçqınlara Azərbaycanda hərtərəfli elə gözəl şərait yaradılıb ki,JEK-dən tutmuş nazirliklərə,komitələrə,telekanallara qədər ən yağlı vəzifələrdə olanlar onlardır,xanım da düşünüb ki elə isə ayrıca olaraq görüşə nə ehtiyac var.