Qəzzadaki soyqırıma dəstək verən Qərb mediasının həmişəki kimi yenə də hədəfi Ərdogandir. Qərb mediası hiddətlənir ki, Ərdoğan ABŞ-in 1 nömrəli diplomatı olan Blinkeni Ankara səfəri zamanı aşağılayıb.
“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Ankarada baş tutan Türkiyə-ABŞ təmsilçilərinin görüşünün yekunlarını şərh edərkən bildirib.
“Ərdoğan şəxsən Blinkeni qəbul etməyib, Ankarada Blinken Vali yardımçısı səviyyəsində qarşılanıb, Türkiyə XİN-in rəhbəri Hakan Fidan Blinkenlə çox soyuq görüşü. Hətta Blinken Fidanla qucaqlaşmaq istəsə də Hakan Fidan ABŞ XİN rəhbərini açıq şəkildə geri itib”, - ekspert xatırladır.
E.Şahinoğlu vurğulayır ki, Qərb mediası bütün bunların səbəblərini izah etmək istəmir: “ABŞ açıq şəkildə Suriyada Türkiyənin ərazilərinə iddia edən PKK/YPG terror təşkilatına dəstək verir. Qeyri rəsmi məlumatlara görə, ABŞ bu terror təşkilatına 20 min TİR silah sursat verib. ABŞ 2016 çi ildə Türkiyədə dövlət çevrilişinə cəhd etdi. ABŞ Türkiyənin ən həssas yeri olan Fələstin məsələsində İsraili qətliamlara, işğala təşviq edir. Ki, bu işğal uzaq gələcəkdə Türkiyənin ərazi bütövlüyünü də təhdid edə bilər. ABŞ və digər Qərb ölkələri Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyi ucun, Liviyada, Suriyada addımlarına görə Ankaraya sanksiyalar tətbiq ediblər və sairə. Yəni Vaşinqtonun Türkiyəyə münasibəti muttəfiqdən çox düşmən münasibəti olub. Bütün bunlar təbii ki, Türkiyənin atdığı addımları da öz təsirini göstərir və göstərəcək”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Türkiyə NATO-da sevilmir.Vaxtında NATO-dan çıxıb bir Asiya ölkəsi kimi Şanxay təşkilatına üzv olsa o təşkilatın sevilən üzvü olar,onsuz da çoxdan arzulayırlar Türkiyəni o təşkilatda.Ərdoğan həmişə dünyada olmayacaq ki.Ondan sonra Kılıçdaroğlu tipindən biriləri gəlsə Türkiyədə hakimiyyətə, Ərdoğanlı illərin də acığını Türkiyədən çıxacaqlar mütləq ki,bir daha başını qaldırammasın.Və daha pisi,o zaman NATO-dan çıxmaq istəməyi də müşkül məsələ olacaq.İstəsə də çıxmağa qoymayacaqlar.O saat əvvəlki əsrdəki kimi hərbi çevriliş edib generalları hakimiyyətə gətirməklə susduracaqlar.