Noyabrın 6-da ABŞ dövlət katibi Entoni Blinkenin Ankara səfəri, xarici işlər naziri Hakan Fidanla görüşdə yaşanan olaylar və soyuq qarşılama ABŞ mətbutında hələ də gündəmin əsas mövzusu olaraq qalır. ABŞ nəşrlərində hələ də sözügedən görüşlə bağlı müxtəlif təhlil materialları dərc edilir.
"AzPolitika.info" xəbər verir ki, belə yazılardan biri də ABŞ-ın aparıcı nəşrlərindən olan "Bloomberg"-də dərc edilib.
"Qəzzadakı krizin açarı Türkiyədir!" başlıqlı məqalədə görüşün təfərrüatları və Blinkenin düşdüyü çətin vəziyyət müzakirə olunub.
Jurnalist Bobby Ghosh imzalı məqalədə Qəzzada baş verənlərin həllinin Türkiyədən keçdiyi bildirilib.

Məqalədə qeyd olunub ki, Hakan Fidanın Blinkenə barmaq silkələməsi ABŞ dövlət katibinin aldığı ən ağır cavab idi: "Bayden Ərdoğana nə qədər tez zəng etsə, bir o qədər yaxşıdır. Entoni Blinkenin türkiyəli həmkarı ilə iki saatlıq görüşündən sonra verdiyi qısa açıqlama görüşün soyuq tonda keçdiyini göstərir. Blinken Qəzza məsələsi ilə bağlı Yaxın Şərq turnesi zamanı dəfələrlə barmaq silkələməsinə məruz qalıb. Amma Hakan Fidandan aldığı barmaq silkələməsi ən ağırı idi".
Təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın Blinkenlə görüşməməsinin də diqqətəlayiq olduğu vurğulanıb:"Fidanın soyuq münasibəti və Ərdoğanın bu qərarı doğru idi. Çünki oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu və İsrailin sarsıdıcı cavabı ilə başlayan böhranı həll etməyə tələsən Bayden administrasiyası Türkiyəni diqqətə almamışdı. Türkiyədən böyük ölçüdə yardım tələb olunmayan həll yolu ola bilməz. ABŞ Ərdoğanı masaya qaytarmaq səylərini artırmalı və itirdiyi vaxtı kompensasiya etməlidir".

Türkiyənin Yaxın Şərq münasibətlərində kritik rol oynadığını ifadə edən məqalədə qeyd olunub ki, "Ərdoğan müharibənin hər iki tərəfindəki şəxslərlə rəsmi diplomatik əlaqələri olan yeganə liderdir".
"Əgər Baydenin birbaşa Ərdoğana müraciəti və özünün də danlanması tələb edilirsə, bu, on minlərlə insanın və çoxlu girovun, o cümlədən amerikalıların həyatını xilas etmək üçün kiçik bir bədəl olardı" - deyə təhlildə bildirilir.
"AzPolitika.info"

Şərhlər
2028 turkiye prezidenti olacaq insallah.Eliyev-Fidan cutluyu dunyani silkeleyecek
Hakan Fidan eli isaresi ile Blinkene demek isteyir ki , yeri cix get burdan ..seninle edilesi sohbet yoxdur ..
Yuxarıdakı şəkildə adama elə gəlir ki,sanki Türkiyə Xarici İşlər Naziri irəlicədən əmin imiş ki,örkən nə qədər uzun olsa da gəlib (Ər)doğanaqdan keçəcək,ona görə musiqiçilərə deyir ki “Mənim havamı çalın! Heyvagülü!”