İsrailin Qəzzaya amansız hücumları bizim mübarizəmizin vacibliyini və ən qısa zamanda uğur qazanmağın nə qədər zəruri olduğunu bir daha sübut etdi.

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident vurğulayıb ki, bütün dünyanın gözü qarşısında bir fəlakət, faciə, insanlığa qarşı cinayət baş verir. 

«Fələstin xalqının min illərdir yaşadığı torpağı zorla qəsb edənlər öz faşizmi ilə cəmi 75 ildir mövcud olan və legitimliyi şübhə altına alınan bir dövlət qurmağa çalışırlar. Bununla da kifayətlənmirlər. Onlar nüvə silahından istifadə təhdidləri ilə, ölkəmizin ərazilərini də əhatə edən «vəd edilmiş torpaqlar» cəfəngiyatı ilə bizim səbrimizi sınayırlar. Sahib olduqları texnoloji üstünlüyə və əxlaqsız zülmə rəğmən, Fələstinin günahsız uşaqların, qadınların və qocaların öhdəsindən gələ bilməyənlərin bu dəhşətli yuxudan ayılacağı günlər yaxındır. Təbii ki, doğulmamış körpələrdən tutmuş günahsız uşaqlara, məsum qadın və kişilərə qədər on minlərlə insanın itirdiyi həyatına görə hesab soruşulacaq. Bir əsrə yaxındır ki, xəstə fanatizm naminə milyonlarla insanın məruz qaldığı zülmün, əlbəttə ki, cavabı olacaq. Bu zalımların və onların dəstəyi ilə eyni cinayətə şərik olanların hər biri əvvəlcə bəşəriyyətin vicdanında, sonra isə tarix qarşısında mühakimə olunacaqlar», — deyə Ərdoğan əlavə edib.

Rüfət

AzPolitika.info