ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır.
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində əksini tapıb.
Bildirilib ki, Ceyms O’Braynın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı şərhinə gəlincə isə belə görünür ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub.
Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər.

Şərhlər
Ceyms Obrayen, siz ABD yetgililəri yaxşı olar ki önce gedin o ossuraği ilə düyyanı ufunetlendiren 81 yaşı tamam olmuş Co Baydenin ossurağına sahib çıxın sonra başqa ölkələr, xüsusen de Azərbaycan haqqında konuşarsınız. Siz okeanın o tayında oturub bu tayına çomaq soxmaq cəsaretini nerden alırsınız. Beş qotur erməni sizin üçün bəyəm bu qədər qiymətlidirmi. Amma siz də unutmayın ki, dünya artıq sizin höküm etdiyiniz dünyalıqdan çoxdan çıxıb. Onu da bilin ki, başqa qitələrdə qaynatdığınız "poxlar" çox yaxın zamanda öz ölkənizdə də qaynamağa başlayacaqdır. Bizdə də bezi gerizəkalılar (xüsusen de Batının "demokratiya" adlı nağıllarına inanalar) anlamalıdırlar Rusiyanı son iki yüz ildə bizə etdiyindən dolayı nə qədər sevmesek de, indiki halda Rusiyanın Avrasiyada olduğu kimi mövcudluğu, ABD-nin gözüne batan və bu coğrafiyada onun əl qol atmasına əngəl olan yeganə oxdur. Nə qədər kor olmalısan ki, ABD və Batının Yaxın Şərqdə, Orta doğuda və biz qabildən olan ölkələrdən Gürcüstanda, Ukraynada etdiklərini və ən nehayyet de de qardaş Türkiyede çevirmək istediyi dolabları görməyəs