Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Ukrayna Rusiya ilə müharibəni dayandıra bilər, lakin bunun üçün Donbası və Krımı işğalçılara verməli olacaqlar.

“AzPolitika.info” xəbər verir ki, V.Zelenski bu barədə “Fox News”-a müsahibəsində bildirib: "Bəli, Donbass və Krımı Rusiyaya versək, müharibəni dayandıra bilərik. Amma ölkəmiz belə bir "sülh planı"na hazır deyil".

O, həmçinin ABŞ-nin sabiq Prezidenti Donald Trampla görüşməyə və onun Ukrayna ilə bağlı sülh planını dinləməyə hazır olduğunu deyib: “Gəlin onunla danışaq və onun "sülh formulunda" hansı addımların olduğunu görək. Mən hazıram. Təbii ki, onun aydın sülh planı varsa, bunu mənimlə bölüşə bilər”.

Zelenski həmçinin, ABŞ Konqresinin Ukraynaya kömək edəcəyinə ümid etdiyini bildirib: “Ümid edirəm ki, ABŞ Rusiya terrorizmi ilə mübarizədə bizimlə olacaq”.

“AzPolitika.info”