"Bakı siyasi iradə göstərsə, Ermənistan və Azərbaycan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər".
"AzPolitika.info" TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
"İstəsə, yaxın 15 gün ərzində, əgər Azərbaycan hakimiyyəti həqiqətən də siyasi iradə nümayiş etdirsə, sülh sazişi imzalana bilər. Deyə bilərik ki, biz demək olar bütün fundamental məsələlərdə razılığa gəlmişik. Təfərrüatları açıqlayaraq, prosesə xələl gətirmək istəmirəm”, - deyə Simonyan qeyd edib.
Göründüyü kimi, Ermənistan hakimiyyəti növbəti dəfə sülh müqaviləsinin yubadılmasına görə məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyir. Halbuki, dəfələrlə məhz özü siyasi iradə, qətiyyət göstərməli olan Ermənistan hakimiyyəti, bunun əvəzinə sülh prosesini yubatmaq üçün müxtəlif bəhanələr gətirib, əsassız iddialar irəli sürüb, beynəlxalq müstəvidə Azərbaycana qarşı kampaniya aparıb və sair.
Məhz Azərbaycan ikitərəfli, birbaşa görüşlər təklif edir, məhz Azərbaycan danışıqları qərbdə, şimalda və s. deyil, qonşu Gürcüstanda aparmağı təklif edib.
Vaxtı uzatmnağa gəlincə, Prezident İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə son telefon söhbətində xatırlatdığı kimi, Azərbaycanın bu il sentyabrın 11-də təqdim etdiyi sülh təklifilə bağlı sənədə Ermənistan yalnız noyabrın 21-də baxıb. Bütün bunlardan sonra Azərbaycanı günahlandırmaq və onu ortaya siyasi iradə qoymağa çağırmaq gülüncdür.
Rüfət
AzPolitika.info

Şərhlər
Qərbi Azərbaycanı qaytarmaq ( indiki ermənistanın ərazisinin 30% ini tutnaq) lazımdır. 30 il danışıqlardan sonra baxarıq, sülh sazişi bağlayaq ya yox...
Amma o dediyinin dalı da var, o deyir ki, bağlana bilər, əgər bakı siyasi iradə göstərsə, şərt deyir, burada məlumat yarımçıqdır