Menu

İNSANOVUN PARTİYASINDA BÖYÜK QALMAQAL – “Çörəyi tapdalayıb, hüququ tapdalayıb, xəyanət edib...” (VİDEO)

28.11.2023, 20:30
İNSANOVUN PARTİYASINDA BÖYÜK QALMAQAL – “Çörəyi tapdalayıb, hüququ tapdalayıb, xəyanət edib...” (VİDEO)

Haqq-Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Ali Məclisinin sədri Zəlimxan Məmmədlini partiyadan qovub.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Z.Məmmədli sosial şəbəkədə yaydığı videomüraciətdə bildirib. Qeyd edib ki, bununla bağlı qərar özünün iştirak etmədiyi İdarə Heyətinin 25 noyabr tarixili iclasında qəbul edilib.

Müraciətində o, HƏP üzv olarkən Əli İnsanovla necə anlaşdıqlarının detallarını açıqlayıb. Z.Məmmədli bildirib ki, son vaxtlar sədr partiyanı nizamnamədənkənar, özü bildiyi kimi idarə edib. “Bu yaxınlarda Rəyasət Heyətini buraxıb, Ali Məclis sədrinin müavinini partiyadan çıxarıb. Bu da zaman-zaman onun və digər üzvlərin ciddi narazlığına səbəb olub. “O qərara gəlib ki, Zəlimxanı sındırmaq lazımdır. Bütün sənədləri paylaşacam... Salam-kəlamı, çörəyi tapdalayıb, hüququ tapdalayıb, xəyanət edib. Cəsarətlə deyirəm, HƏP-də haqq-ədalət yoxdur, hüquq yoxdur. Bu gün yığışıb desələr adam öldürmək lazımdır, onun da qərarını ala bilər...”


“AzPolitika.info”

Şərhlər

Mustafaoğlu 2023-11-29 20:22:37

Belə Partiyalar vaxtında ləğv olunmalıdır !

dadaşyev 2023-11-29 11:09:33

Unudulmuş qart müğənnilərin ara-sıra cürbəcür hoqqabazlıqlar edərək,oyunlar çıxararaq özlərini xatırlatması məlum məsələdir,çünki antireklam da reklamdır.Amma onsuz da hamının xatirindədi hər şey,xatırlatmağa ehtiyac yoxdu.Hətta Beyrək də Qıpçaq Məliyin zindanında internetsiz,telefonsuz,televiziyasız olsa da zindandan çıxan kimi gəlib Banuçiçəyin yanına,deyib ki “O barmağındakı laybalay,yanbayan,qatbaqat qızıl külçələrini sənə kim verib?Ver onları mənə.Mən onların nişanələrini bilirəm”.O da deyib “Nə qızıl,nə külçə?Başın xarab olub?”Beyrək də deyib “Məni cin atına mindirmə.Ambardar Məmmədxanın verdiyi qızıl saatı deyirəm.”.Qız qorxub,istəyib qızılı qaytarsın,Beyrək də dönüb olub Qaloş,deyib ki “Hədiyyəni geri qaytarmazlar”.Qız da onda anlayıb ki,heç demə payız gələndə uçub gedən quşlar bəzi məmurların buraxdıqları quşlar imiş.Yaz gələndə qayıtmaq istəyirlər.Ömrün qışında da yaz gələ bilir axı.Fizuli demiş,"Bir ümiddir ki deyirlər var sübh".

Fərid 2023-11-29 09:50:47

.......... çomağı əlində saxlamalıdır.

Tahir 2023-11-28 22:51:32

Əli İnsanovun qəbir də düzəldəsi deyil. Hikkə, əda, özündən müştəbeh, saxtakar, intriqant, xəyanətkar və sair soyadına tərs mütənasib nə varsa bunda bol-bol formalaşıb və daşlaşıb. İnsan olmaq üçün soyadı belə Əlliyə kömək olmadı. Zəlimxan da gündə bir qucaqda oturmağa vərdişidir. ...

Adil 2023-11-28 16:32:53

Normal Insanın bir sifəti,bir üzü olar. Bunlar artistlik edənlərdir.Adam alim ola bilər,amma insan olmaq asan deyil.Soyadın şübhəliliyi də (çünki heç kim adını İnsan qoymur) az məna daşımır.Bu adamda bu soyad (İnsanov ) nədir?

miri 2023-11-28 16:21:06

HƏP çoxdan H.Ə.partiyası olduğunu hamı bilir.

Mubariz 2023-11-28 15:37:43

Ay Zəlimxan ,sən bilmirdin bu nə yuvanın quşudur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol