“Qlobal sarsıntılar və təhlükələr dövründə prezident seçkilərinin 7 fevral 2024-cü ilə təyin edilməsi Vətən müharibəsində Azərbaycana məğlub olan qüvvələrin xarici müdaxilə və planlarından ölkəmizi qorumaq üçündür”.
“AzPolitika.info” xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc deyib.
O, daha sonra bildirib ki, seçkilərin vaxtının irəli çəkilməsi 3-cü dövlətlərin planlarının pozulması və erməni təxribatlarına cavab olaraq 27 sentyabrda verilən qərarla eyni mənaya malikdir. “Bəllidir ki, İlham Əliyevin siyasi nüfuzu nəinki ölkə daxilində, yaxud islam-türk coğrafiyasında, eləcə də dünya liderləri arasında ən güclü dövrünü yaşayır və 44 gündə Prezidentin çağırışına verilən milyonlarla səs əsil ümumxalq referendumu idi. Yəni, müqəddəs müharibədə qazanılan qələbə azad, ədalətli, demokratik, legitim seçki hadisəsiydi. Zəfər seçkilərinin hansı tarixdə keçirilməsi, İlham Əliyevə veriləcək milyonlarla səsi dəyişmir. Müstəqillik tarixində Ulu öndər Heydər Əliyevin 1993-cü ildəki mütləq qələbəsi kimi, Vətən müharibəsindən sonra Prezidentin kimliyi və seçkilərin nəticələri təqvimin ilindən və günlərindən asılı deyil”.
Z.Oruc qeyd edib ki, Zəfər seçkilərini hakimiyyətin ömrünü saxta yolla uzatmaq adlandıranlar uzun illər siyasətdə olan, torpaqların itirilməsində məsuliyyət daşıyan və Qarabağ Zəfəri ilə birdəfəlik prezidentliyə gedən yolları bağlanan şəxslərdir. “O üzdən ötən seçkilərdə baş verən hər hansı neqativ halın, kənar müdaxilə və pozuntuların 2024-cü ilin 7 fevralında təkrarlanması Ermənistanın özünü “demokratiya adası” kimi bizdən üstün tutmasına rəvac verən qəsd, ölkəmizdə qanlı inqilablar və xarici iradədən asılı hökumətlər formalaşdırmaq istəyənlərin xeyrinə ediləcək siyasi cinayətdir. Ərazisi və suverenliyi bütöv ölkənin prezident seçkiləri də halal və müqəddəs olmalıdır.
3 il əvvəl dünyaya nümayiş olunan milli həmrəylik və birlik 7 fevralda da minlərlə məntəqədə-siyasi səngərdə təkrarlanacaq. Biz 2 ay sonra təkcə Birinci Şəxsi yox, həm də millətimizin 200 illik bənzərsiz Qələbəsini, Pənahəli xandan Heydər Əliyevə qədər bütün rəhbərlərin ideallarını qorumağa səs verəcəyik, əsrlərlə yaşadığımız köçkünlüyə və işğala səbəb olan şəxslərə, siyasətə “yox” deyəcəyik. İlham Əliyevin yeni seçki platforması 44 günlük Vətən müharibəsində xalq və ordu ilə birlikdə döyüş meydanlarında yazılıb.
7 fevral “Böyük Qayıdış”ın təminatçısı, millətimizin silahsız, dinc səsi ilə düşmənə qalib gələcəyi gündür. Kim əksinə düşünürsə, o işğalın, məğlubiyyətin yanındadır və 26 sentyabra dönmək istəyir. 7 fevral tarixi 8 noyabr Zəfər, 20 sentyabr Bütövlük gününün davamıdır və sülh müqaviləsinin imzalanmasını sürətləndirəcəkdir. Ali Baş Komandanın şəksiz nüfuzundan və Qələbəmizin misilsiz dəyərindən bəhrələnən hər kəs bilməlidir ki, əgər Azərbaycanda kimsə dövlətdən narazıdırsa, onu həmin adamlar yaradıb. Zəfər seçkiləri 2019-cu ildəki kimi hakimiyyətin bütün qollarında aparılan kadr və struktur dəyişiklikərinin, gələcəkdə parlament, məhkəmə və bələdiyyə institutlarının da xalqın səsi ilə formalaşmasının əsas təminatçısıdır”.
“AzPolitika.info”

Şərhlər
Ay kişi Aərbaycanda halal seçki olsa idi Zahid Oruc deputat olardı?
Zahid Oruc həyatında müqəddəs,halal seçki görübmü?Bəs o bu halal və müqəddəsliyi necə başa düşür.Bir onu da açıqlasa idi bəlkə onun şəxsi barədə bir fikir formalaşardı.Axı Azərbaycanda 50 ildir nə halal,nə müqəddəs seçki olub. Maraqıdr Zahid bəy bu sözlərin mənasını dərk edir?
Onsuz da belə yazılara diqqət verən.oxuyan yoxdur.Sifətini görən kimi hamı anlayıt ki,bu nə tipdir və zamanına heyfi gəlir,düyməni basır...
Cənab Dadaşov,slışal zvon i neznayeş qde on.Belə analiz etək üçün o dövrü yaşamaq lazımdır.!049-cu ildən sonra müharibədən çıxan Sovetlərdə hər il vəziyyət düzəlirdi və ərzaq,çoxişlənən malların satış qiymətləri sürətlə qşqğı salınırdı ki,əhalinin güzəranı yaxşılaşsın.İnsanların üzü indiki kimi qəm dəryasına batmamışdı.Əhalinin normal yaşaması üçün imkan olan bütün məsələlərə zamanında baxılırdı.indiki korrupsiya.talançılıq,rüşvət halları,qohumbazlıq,insanlara yuxarıdan aşağı baxmaq hallarına rast gəlinməzdi.Hər il bütün mallara endirimlər (iniki kimi artımlar yox) tərbiq edilirdi.Sadə vətəndaş siyasətin,acgözlüyün qurbanı deyildi.İndi gözünü aç,ətrafa diqqət et.gör bu iqtidar milləti hara çatdırıb və nə hala salıb.ondan sonra analizini et! Xalqı,milləti hansı sa xarici ölkələrə boş toplanyılar,kimin hara getməsi maraqlandırmır.Millətin yaçamı öndə olmalıdır və hamı bu istiqamətdə düşünməlidir.əmin amanlıq,tərəqqi,xoş münasibət öndə olmalıdır.t
Zahid Oruc , YORULMADIN ???? BƏSDIR !!!
Sovetlərdə ta perestroykaya qədər bizi davamlı olaraq inandırmışdılar ki, Stalinin müdrik siyasəti ilə sovet xalqı vahid yumruq olaraq İkinci Dünya müharibəsini udub,dünyada faşizmin kökünü kəsib.Sonra bəlli oldu ki,Stalin həqiqətən də müdrik siyasətçi olsa da Dünya müharibəsini yox,Böyük Vətən müharibəsini udub.Dünya müharibəsində qələbə isə amerikan-ingilislərin ikinci cəbhə açmalarıyla birlikdə qazanılıb.Sovetlərə amerikan-ingilislərin “Lend-Liz” yardımı,maddi və mənəvi dəstəyi ta Vətən müharibəsinin əvvəlindən olmasaydı Hitler 39-da bapbalaca Finlandiya ilə müharibədə biabırçılıqla uduzmuş SSRİ-ni hop deyə udardı bir-iki ilə..Çünki sovet əsgərinin silahı əsasən dayandoldurum və qoşalüləydi.”Lend-Liz” yardımıyla isə o dövrün ən müasir silahlarını,tapança-tüfəngdən tanklara,təyyarələrə qədər,peşkəş olaraq aldı Stalin.Üstəlik əsgərlərə və mülki əhaliyə pal-paltar,konservalar,yumurta poroşokuna qədər nə lazımsa verildi ta müharibənin sonuna qədər.Bis isə Zəfərimiz üçün Allaha şükür heç kəsdən heç nə pay almamışıq,nə silah almışıqsa öz halalca pulumuzu verib almışıq,ordunu qüvvətləndirmişik.Və daha önəmlisi,üç il əvvəl ilk olaraq biz hücuma keçməmişik,erməni hücuma keçib Gəncəni,Yevlağı,Bərdəni də almaq istəyib,Şamaxıya qədər gəlmək iştahası olub,şanlı ordumuz o zaman müdafiədən hücuma keçərək erməninin pətənəyini elə sökə-sökə cırıb dağıdıb ki,üç ildi Fransa,ABŞ,bütün Avropa Birliyi,Hindistan,İran,Kanada nə qədər tikirsə yenə sökülür. Çünki yüz il qabaq bir məşhur adam deyib ki,bir dəfə sökülən Göte ömür boyu dağılar.Amma Zəfərimiz zamanı Türkiyə və Pakistanın arxamızda aslan duruşunu,Rusiyanın da boyunduruqdan çıxmaq istəyən ermənini cəzalandırmaq həvəsini də qeyd etməliyik; böyük qələbəmizi əldə etmək üçün “olmazsa olmaz”lardandı bunlar.Fransa,İran müharibənin ilk günlərində erməniyə yardım üçün qoşun göndərmək istədikdə Ərdoğan “Hərhansı üçüncü tərəf bu müharibəyə müdaxilə edərsə qarşısında türk ordusunu görəcək” deyə qəzəblə barmaq silkələmişdi.Pakistan da “Azərbaycanın bircə istəyi yetər ki,biz dərhal birbaşa əsgəri yardım edək” demişdi.Britaniyanı da xüsusi qeyd etmək lazımdır:BMT TŞ erməniyə yardım üçün təcili toplanıb qoşun göndərmək istədikdə Britaniya bu qərara veto qoymuşdu ki,olmaz.O veto olmasaydı bütün Qafqazın halı Qəzzanın halından da bətər olmazdımı?Türkiyə-Pakistan ordusu da TŞ qüvvələrinə qarşı dayanınca bütün Yaxın Şərq cəhənnəmə çevrilməzdimi?
Görəsən Zahid bəy müqəddəs,halal deyəndə nə düşünür?
Azərbaycanda 50 ildir halal seçki keçirilib?Bunu görən olubmu? Hamısında saxtakarlıq ön planda olubGuya bu seçkini Pənahov halal keçirəck? lSaxtakarlığa alışmış və ya alşdırılmş insanın halal iş əlindən gəlməz!Pafoslu çıxışlarınızın mənası hamıya aydındır.
Əgər Ərdoğan vu məsələyə qoşulmasa idi 50 il də bu məsələ həll olunan deyildi.Tərifnamənin yarımçıq olduğunu diqqətəalmandafayda var.Azərbaycanın evini yıxan bəzi yaltaqların irəli çəkilməsionlara imkan yaradılmasının ağrısını xalq çəkir.Hanı.bir nəfər deputatın,uazirlər Kabineti,Prezident aparatıŞiri idarə müdirlərinn evladlarından müharibə iştirakçısı.şəhid,qazi göstərə builərsiniz?
Deputat olasan,işə belə can yandırasan!Bütün dünya ölkələrində keçirilən seçki deyilən şeydən elə gurultulu,elə dramatik aktyor pafosuyla,elə orijinal yazıçı cümlələriylə danışır ki,adam hələ oxuyanda qulaqlarına pambıq tıxayaraq oxuyur ki gurultudan qulaq pərdələri cırılmasın.Sanki xalq bilmir kimə səs verəcəyini,sanki hesab edir ki xalq çörəyi tapanda qulağına yeyir,bu öyrədir ki çörək qulağa yox ağıza yeyilər.A balam,uşaqdan böyüyə hər kəs erməni dılğırlarının cinayətlərindən,hoqqalarından boğaza yığılmışdı,ona görə xalq qələbənin həsrətindəydi,44 günlük müharibədə yumruq kimi birləşdik,cənab Prezidentimizin ağlı,bacarığı,qətiyyətiylə böyük qələbəmizi qazandıq.Demək,bu günkü cəmiyyətimizdə cənab Prezidentimizə alternativ olduğunu düşünmək belə absurddur.O kadar net yani.Odur ki belə gurultulu monoloqlara nə ehtiyac var?Seçkidi də.Allah Allaaah!Biri danışır,bitirincə o biri söz alır,o bitirincə başqası söz alır,o da bitirir o birisi söz alır danışır,elə bil xor orkestridi.Hamısı da eyni şeyi deyir haa,cümlələrdəki sözlər də həmən-həmən eynidir.Eyni fikirləri neçə dəfə bəzəyib düzəyərək orijinal cümlələr yorğanına bürümək olar ki?Beyniniz yorulmurmu yəni eyni şeyləri tutuquşu kimi təkrar-təkrar danışmaqdan?Daha yorğan da qalmayıb deyə hər dəfə cümlələr bir az da uzunlaşır.A balam,başqa ölkələrdə heç seçki-filan deyə bir şey olmurmu?Prezidentimiz əmr verib,demək seçki keçiriləcək,xalq da öz istədiyini seçəcək,vəssalam da.Bu nə gurultudu?Pensiyaya çıxanda,qocalıb əldən düşdüyünüz vaxtlarda damı heç çayxanalara girməyəcəksiniz?Tək içəcəksinizmi çayı?Çünki çayxanalarda da hər hansı mətləbdən təkrar-təkrar,üstəlik belə çoxmərtəbəli cümlələrlə danışsanız yanınızda heç kim qalmaz.Nəinki yanınızda heç kəs qalmaz,hamı o çayxanadan baş götürüb qaçar.Çünki sözlər təkrarlananda beyinə kuvalt zərbəsi kimi dəyir,rezonans əmələ gəlir,beyində gurultu yaranır.
........... Biz isə bir xalq olaraq yatırıq şirin yuxuda
Prezidentin gözlənilməyən bu qərarı bir çoxlarına təccüblü gəlsə də, amma sanırıam düşünülmüş bir qərar. Çünki, 200 ildən sonra Qarabağda erməni separatizminin kökünün tamamilə qazılması və Ölkəmizin son yüz ildən artıq dövrdə itirilmiş ərazi bütövlüyünün tam bərpa etmək əzmindən dolayı təbii ki, beynəlxalq və regonal güc mərkəzləri Azərbaycanın bölgədə artan nüfuzundan rahatsız olmaya bilməzdilər. Odur ki, həmin güclər sayəsində baş verecək iç və dış texribatların əvvəlcədən önlənməsi üçün, sanıram Prezident seçgisinin bir ildən artıq zaman içərisinədə geri çəkilməsi düzgün bir addımıdır və bu üzdən də ölkə başçısının bu yöndəki qərarını dəstəkləyirik. Amma bütün hallarda ölkə, ilk öncə Konstitusiyada köklü islahatlara gedib, indiki yarımçıq doğulmuş parlamenti buraxıb, referenduma və yeni seçgilərə gedib Sovetlərdən qalma mövcud idarəetmə sistemini bir an əvvəl dəyişməsini gözləyirdi. O sistem ki, Ölkə Başçısı özü də rəsmi çıxışlarında hazırki sistenin artıq köhnəldiyini bir zad özü də dilə gətirmişdir. İnaşallah ardı da gələr. Elə bilirəm 2024-cü ilin sonuna yaxın, nəhayyət də buna da gedilməsi çox müsbət addım olardı. Çünlki, məlum səbəblərdən dolayı ölkə bu məsələdə çox gecikdi. Altını cizerek deyirəm, çox.
Halal seçkini halal adamlar keçirməsə halal olmayacaq ! Saxtakar Məzahir halaldır?
Bəyəm indiyədək haram idi və müqəddəs deyildi? Səhv edirsən əzizim. Nəinki prezident seçkiləri, bütün seçkilərimiz kifayət qədər halal olub. O baxır kimin prizmasından yanaşılır. Və ümumiyyətlə halal-haram məsələsinin özünü dəqiqləşdirmək lazımdır və seçki məsələsində bunu necə təyin etmək olarlığı mübahisəlidir. ..
AzPolitika ,xahiş edirəm bunun nə demək istədiyini sadə dillə biz bisavadlara da izah edəsiz
Azərbaycanda halal seçki olsa idi ..........